Ayə 14: ْاوُفْعَت نِإ َو ْمُهوُرَذْحاَف ْمُك ل ا ًّوُدَع ْمُكِد َلً ْوَأ َو ْمُك ِجا َو ْزَأ ْنِم نِإ اوُنَماَء َنیِذ لٱ اَهُّیَأ آَی﴿ ٱ نِإَف ْاوُرِفْغَت َو ْاوُحَفْصَت َو َﷲ ٌمی ِح ر ٌروُفَغ ﴾ “Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan bəziləri sizin düşməninizdir. Onlardan həzər qılın. Əgər əfv etsəniz? Göz yumsanız və bağışlasanız (bilin ki) Allah bağışlayan və mehribandır.” Nöqtələr ◘”Əfv” dedikdə təqsirin bağışlanması, “səfh” dedikdə təqsirə görə danlamamaq,
“məğfirət” dedikdə təqsiri yaddan çıxarmaq nəzərdə tutulur. İnsan ətrafındakılara, ailə-
övladına münasibətdə bu üç addımı ata bilər.
◘İmam Baqir (ə) buyurur: “Məkkə müsəlmanları hicrət qərarına gəldikləri vaxt
onların ailə-övladlarından maneçilik törədənlər tapıldı. Onlar and verib, ərlərini hicrətdən
çəkindirmək istəyirdilər.
1
Ayə nazil oldu və Peyğəmbər (s) əmrinə zidd olan bu istəklərin
qəbul edilməməsi tapşırılıdı.
◘İnsana dini vəzifələrinin icrasında mane olan ailə-övlad axirət səadətini əngəlləyir.
Bu səbəbdən də onlar düşmən sayılmışlar.
◘Qurani-kərimdə yalnız ailə-övlada münasibətdə əfv, səfh, məxrifət mərhələləri
yanaşı zikr olunmuşdur.
◘Ayənin nazil olma şəninə əsasən dostu düşməndən seçmə meyarı onların xeyir və
ya şərə təşviq etməsidir. Bir şəxs öz mənafeinə xatir başqa birini vəzifəsindən
çəkindirirsə, onun düşmənidir.
◘Bəzi mühavcirlər ailə-övladlarına deyirdilər ki, əgər bu gün hicrət etməyib
sonradan gəlsəniz sizi qəbul etməyəcəyik. Amma Quran onların bağışlanmasını tövsiyə
edir.
2
◘”Nur” surəsinin 22-ci ayəsində də oxşar məzmunla rastlaşırıq. Bildirilir ki, Allahın
sizi bağışlamasını istəyirsinizsə özünüz də bağışlayın.
◘Əfv etmək, danlamamaq nə qədər mühüm olsa da, təqsiri görməməzliyə vurmaq
daha üstündür. Məğfirət sözünün əfv və səhv sözlərindən sonra gəlməsi onun daha yuxarı
mərtəbə olduğunu göstərir. Bundan əlavə Allah ayənin sonunda “ğəfur” sifəti ilə yada
salınır. Hansı ki, o biri iki sifət də mövcuddur.
3
Quran ümmətə rəhbərliklə bağlı
Peyğəmbərə (s) üç göstəriş verir: əfv etməkdən əlavə bütün büdrəmələri yaddan
çıxarmaq, bundan da mühümü onlarla məsləhətləşib, şəxsiyyətlərini dəyərləndirmək.
4
◘Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: “Elə bir dövr gələr ki, kişinin talehi
arvadı və övladının əlində olar. Onlar yoxsulluğuna görə kişini məzəmmət edər, o da ailə-
övladın istəklərini yerinə yetirmək üçün hər işə əl atıb həlak olar.”
5
1
“Təfsiri-nurus-səqəleyn”
2
“Təfsiri-nümunə”
3
“Nisa”, 59
4
“Ali-İmran 159
5
“Təfsiri-Məraği”