Nur təFSİRİ


Talaq mövzusuna bir baxış



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə45/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   41   42   43   44   45   46   47   48   ...   317
NUR-TƏFSİRİ-12

Talaq mövzusuna bir baxış 
 
İslam dinində boşanmqa halalların ən pisi sayılmışdır.
2
Həzrət Peyğəmbər (s) 
buyurur: “Evlənin və boşanmayın. Boşanma ilə Allahın ərşi lərzəyə gəlir.”
3
Əlbəttə ki, 
bəzən boşanma yeganə çıxış yolu və zərurət olur. 
Boşanmanın necəliyi ilə bağlı bir neçə baxış var. 
a) Boşanma qeyd-şərtsiz, azad ola bilər; əgər belə olsa həvəsbaz və əyyaş insanlar 
bundan istifadə edər və yalnız müvəqqəti ləzzət almaq üçün evlənər. 
b) Boşanma qadağan edilə bilər; belə bir baxış kilsəyə məxsusdur. Boşanma qadağan 
edilsə bir-birinə uyğunlaşmayan kişi və qadın xoşlamadıqları birgə yaşayışa məcbur olub, 
gizlində başqaları ilə görüşər. 
v) Boşanma ixtiyarı qadına verilə bilər; əgər belə olsa, boşanma göstəriciləri artar. 
Çünki qadınlar həssasdır, tez inciyir. Əgər boşanma qadının ixtiyarına verilsə onlar kiçik 
bir inciklik səbəbindən boşanma qərarına gələr. 
q) Boşanma kişinin ixtiyarına verilə bilər; İslam müəyyən qanunlar çərçivəsində, 
İslam hakiminin nəzarəti altında bu baxışa üstünlük vermişdir. Əlbəttə ki, qadın 
boşanmaq üçün İslam hakiminə müraciət etsə, hakim onun istəyini araşdırır. Əgər 
qadının haqları ödənmirsə, hakim boşanma hökmü verir. 
◘İslam dinində boşanmanın şərtləri və xüsusi qanunları var. Boşanma mühüm əxlaqi 
məsələdir. Düşmənlə savaşın şərtləri olduğu kimi boşanmanın da hökmləri var. Məsələn, 
savaşda düşmənlə mübarizə bəhanəsi altında içməli suyu zəhərləmək, ağacları qırmaq, 
uşaqları və qadınları incitmək olmaz. 
İxtilaf və ayrılıq amilləri 
 
1. Pis əxlaq 
Boşanmanın əsas amillərindən biri qadın və ya kişinin qarşı tərəflə pis rəftarıdır. 
Həzrət Əli (ə) buyurur: “Əxlaqı pis insanın ailəsi əziyyət çəkəsidir.”
4
2. Həvəsbazlıq 
1
“Uyunul-əxbar”, c. 2, s. 85 
2
“Vəsailuş-şiə”, c. 15, s. 266 
3
“Vəsailuş-şiə”, c. 15, s. 268 
4
“Mizanul-hikmə”, hədis 5103 


51 
İslamda qadın və kişilərə tövsiyə olunur ki, naməhrəmə ləzzət məqsədi ilə 
baxmaqdan çəkinsinlər. Cəmiyyətdə qadınların örtünməsi, diqqəti cəlb etməməsi dini 
vəzifələrdəndir. İmam Sadiq (ə) buyurur: “Olsun ki qısa bir baxış uzun müddətli həsrət və 
peşimançılıqla müşayiət olunsun.”
1
Rəvayətdə bildirilir ki, həzrət Davudun dövründə bir kişi bir qadına təcavüz etdi. 
Allah qadına ilham etdi ki, kişiyə belə desin: “Nə vaxt bir qadına təcavüz etsən başqa bir 
kişi də sənin arvadına təcavüz edəcək.” Həmin kişi evə qayıtdıqda arvadını başqa bir kişi 
ilə gördü. Kişini tutub həzrət Davudun yanına gətirdi və şikayət etdi. Allah-taala həzrət 
Davuda vəhy etdi ki, həmin şəxsə öz əməli ilə qarşılaşdığını bildirsin.
2
3. Qadın və kişinin bir-birinin ehtiyaclarına diqqətsizliyi 
Həzrət Peyğəmbər (s) buyurur: “Ərin öz arvadının yanında əyləşməsi Allah üçün 
onun məsciddə etikafından əzizdir.”
3
İmam Sadiq (ə) buyurur: “Qadının özünə baxmaması, ailə həyatını şirinləşdirən 
gözəlliyə diqqətsizliyi yaxşı iş deyil.”
4
Həsən ibn Cəhm deyir: imam Kazimi (ə) saçlarını səliqəyə salan vəziyyətdə gördüm. 
İmam mənim təəccüblə baxdığımı gördü və buyurdu: kişinin səliqəsi qadının iffətini 
artırır. Ərləri zahirən səliqəsiz olan kişilərin zövcələri iffətsizlik edir... Siz zövcələrinizin 
səliqəsizliyini, özünə diqqətsizliyini bəyənmədiyiniz kimi, onlar da bunu bəyənmir.”
5

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin