52
İddənin fəlsəfəsi
Şübhəsiz ki, bütün ilahi hökmlərin hikmət və fəlsəfəsi var. Hökmlərin fəlsəfəsindən
xəbərdar olmayan insan da onlara əməl etdikdə faydalanır. İddə də bu qəbil
hökmlərdəndir. İddə barədə azca düşündükdə onun faydaları aydınlaşır:
1. Ailənin hifzi; İslam izdivacı müqəddəs sayır. İddə müddəti müqəddəs ailə ocağını
hifz edir.
2. Övladların əsil-nəcabəti; iddə müddəti saxlanarsa, nütfə qatışıqlığı yaranmaz,
övladın kimə aid olduğu bilinər.
3. İddə ailə həyatına qayıdış üçün bir fürsətdir.
Kişinin boşanmaq fikrindən daşınıb əvvəlki arvadı ilə ailə həyatını davam
etdirməsinin üstünlükləri var:
a) Yeni həyat yoldaşı ilə yaşayış üçün növbəti dəfə təcrübə toplamaq lazım gəlir.
Amma əvvəlki həyat yoldaşı ilə yaşayış üçün kifayət qədər təcrübə var;
b) Yenidən ailə qurmağın yeni xərcləri var;
v) Kişinin boşanmaq fikrindən daşınıb ailə həyatını davam etdirməsi ailənin ictimai
nüfuzunu hifz edir, boşanma nəticəsində yaranacaq kin-küdurətlərin, mənfi
münasibətlərin qarşısı alınır.
q) Boşanma nəticəsində psixoloji zərbə alacaq övladlar böyük ruhi zərbədən xilas
olur.
d) Ailə həyatına qayıdış insan mərəhəmət, səbr, isar ruhiyyəsini çiçəkləndirir.
Dostları ilə paylaş: