53
14. Barışıq yollarını bağlamaq, geriyə körpüləri uçurmaq insanın özünə zülmüdür.
15. Həyasını itirmiş, ehtiramı pozmuş günahkar təhqirə layiqdir.
16. Qanundan sui-istifadə qadağandır. (Qadın ər evində sükunət haqqından istifadə
edib intiqam məqsədi ilə günaha yol verməməlidir)
17. Qadın yalnız günaha yol verdikdə evdən çıxarıla bilər. Qadına münasibətdə sui-
zənn onu evdən çıxarmaq üçün bəs etmir.
18. Ər boşadığı qadını evində saxladığı üçün ona minnət qoymamalıdır. Çünki bu
Allahın hökmüdür.
19. Boşanmış qadınlar ər evində qaldıqları üçün narahat olmamalıdırlar. Bu
məhdudiyyət hikmət sahibi olan Allah tərəfindən təyin edilmişdir.
20. Allahın əmrlərinə biganəlik, ilahi hədlərin pozulması insanın özünə zülmüdür.
21. Biz öz məlumatlarımız əsasında qərara gəlirik. Amma gələcəkdən xəbərsiz
olduğumuz üçün Allaha təvəkkül edib ümidimizi itirməməliyik.
22. İslamda ümidsizlik qadağandır. Müsəlman şəxs öz gələcəyinə ümidvar olmalıdır.
(Boşanma zamanı narahatçılıq keçirən tərəflərə təsəlli vermək lazımdır)
23. Acı hadisələri öz xeyirimizə qəbul edək.
24. Təqva və ilahi hədlərə diqqətli olaq, gələcəyimizi Allaha tapşıraq.
25. Yalnız hazırkı vəziyyətdə ilahi lütfdən bəhrələndiyimizi düşünməyək. Ola bilsin
ki, boşanmadan sonra insanın durumu daha da yaxşılaşa.
Dostları ilə paylaş: