9
Rəhman və Rəhim Allahın adı ilə
"CUMUƏ" SURƏSİ
(62-Cİ SURƏ; 11 AYƏ)
İYİRİMİ SƏKKİZİNCİ CÜZ
"CUMUƏ" SURƏSİNİN SİMASI
Mədinədə nazil olmuş bu surə 11 ayədən ibarətdir.
Surədə izlənilən əsas məqsəd müsəlmanları həftəlik cümə namazında
yekdilliklə
iştiraka təşviq etməkdir.
Surə
Allaha təsbih, İslam peyğəmbərinin (s) besətinin bəyanı ilə başlayır.
Növbəti
ayələrdə müsəlmanlardan istənilir ki, Tövrata əməl etməyən yəhudilər kimi olmasınlar.
Cümə namazına çağırışı eşitdikləri vaxt onlardan bütün işlərdən əl çəkmək, Allah zikrinə
tələsmək tələb edilir. Bu tələblərə əməl etməyənlər məzəmmətə layiqdir.
Cümə axşamları və cümə namazının birinci rəkətində
bu surəni oxumaq tövsiyə
olunur.
Dostları ilə paylaş: