59
◘”Qəryə” dedikdə insanların məskunlaşmaq üçün toplandığı məhəl nəzərdə tutulur.
Qəryə
şəhər də ola bilər, kənd də. “Ətət” sözü “utu” sözündən olub itaətsizlik mənasını
bildirir. “Vəbal” dedikdə şiddət və ağırlıq mənası nəzərdə tutulur. Ayədə ağır əzaba işarə
olunmuşdur.
◘Ötən ayələrdə hətta ayrılıq dövründə ailə-övladın hüquqlarından danışıldı. Hazırkı
ayədə
buyurulur ki, göstərişlərə ciddi yanaşın, Allahın
və Onun peyğəmbərinin
göstərişindən çıxmağın aqibəti pisdir. Tarixə nəzər salsaq, bu yönümdə cəzalandırılanlar
çox olub.
Bildirişlər
1. Tarix və keçmişdəkilər gələcəkdəkilər üçün bir güzgüdür.
2. Allah və Onun peyğəmbərinin göstərişindən çıxanların ağır cəzalandırılması ilahi
sünnədir.
3. Peyğəmbərlərin göstərişlərinə itaətsizlik Allaha itaətsizlikdir.
4. Dünya əzabı axirət əzabı ilə müqayisədə çox cüzidir. Əsil əzab qiyamətdədir.
5.Allah və Onun peyğəmbərinin göstərişinə itaətsizliyin sonu zərər-ziyandır.
6. Ötəri
çətinliklərə vaxt sərf etməyək, işin sonunu düşünək.
Ayə 10:
ٱ َل َزنَأ ْدَق ْاوُنَماَء َنیِذ لٱ ِباَبْلَ ْلْٱ يِل ْوُأ آَی َ لِلّٱ ْاوُق تاَف اادیِدَش ااباَذَع ْمُهَل ُ لِلّٱ دَعَأ﴿
ْمُكْیَلِإ ُ لِلّ
﴾ا ارْكِذ
“Allah onlar üçün ağır əzab hazırlamışdır. Ey iman gətirmiş düşüncə sahibləri!
Allahdan qorxun. Həqiqətən, Allah sizin üçün xəbərdarlıq vasitəsi göndərmişdir.”
Bildirişlər
1. Allahın ağır hesabının ağır əzab kimi sonu var.
2. İnsanı ağır əzabdan və hesabdan qoruyan təqvadır.
3. Ağıl və iman təqva səbəbidir.
4. Ağıl və iman bir-birindən ayrı deyil.
5. İnsanları ilahi vəzifələrin icrasına təşviq etmək üçün onların
üstünlüklərini dilə
gətirin.
6. Yalnız imanlı düşüncə sahibləri Allahın
peyğəmbərini qəbul edir, onun
nəsihətlərindən faydalanırlar.
7.Peyğəmbərlərin və səmavi kitabların göndərilməsində
məqsəd insanlara
xəbərdarlıq, onların qəflət yuxusundan oyadılmasıdır.
8. Ağıl və vəhy qurtuluş vasitələridir.
Onlardan biri xaricdən,
digəri daxildən yol
göstərir.
Dostları ilə paylaş: