Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə58/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   54   55   56   57   58   59   60   61   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Peyğəmbərlər Allah tərəfindən tərbiyə olunur. 
2. Peyğəmbərin haqqı yoxdur ki, heç bir səbəbsiz Allahın halalını özünə haram etsin. 
3. Allahın razılığı başqalarının razılığından mühümdür. 
4. Qadının istəkləri ilahi hökmlər və ailə haqlarını ötüb keçirsə ona əməl 
olunmamalıdır. 
5. İnsan üçün problem yaradan işlərdən biri istənilən bir qiymətə ətrafdakıları razı 
salmaq istəyidir. 
6. Böyüklərin məzəmməti mərhəmətlə müşayiət olunmalıdır. 
7. Allah həm keçmiş nöqsanları bağışlayır, həm də gələcəyə yol açır. 
8. Məzəmmət və tənqid zamanı çıxış yolu da göstərilməlidir. 
9. İslamda çıxılmaz vəziyyət yoxdur. (Heç bir hökm, hətta and insanı çıxılmaz 
vəziyyətə salmır) 
10. Biz bəndəyik və mövlamıza tabe olmalıyıq. Onun halalını halal, haramını haram 
saymalıyıq. Hətta andı pozmaq bahasına ilahi göstərişlərə əməl olunmalıdır. 
11. Allahın göstərişləri elm və hikmətə əsaslanır. Allah problemləri həll edir, 
düyünləri açır. 
Ayə 3: 
 َع ِهْیَلَع ُ لِلّٱ ُهَرَهْظَأ َو ِهِب ْتَأَ بَن ا مَلَف ااثیِدَح ِه ِجا َو ْزَأ ِضْعَب ىَلِإ ُّيِب نلٱ رَسَأ ْذِإ َو﴿
 َف ر
 
 َخْلٱ ُمیِلَعْلٱ َيِنَأَ بَن َلاَق اَذَه َكَأََبنَأ ْنَم ْتَلاَق ِهِب اَهَأَ بَن ا مَلَف ٍضْعَب نَع َضَرْعَأ َو ُهَضْعَب
﴾ُریِب
 
“Bir vaxt peyğəmbər zövcələrindən birinə gizli söz dedi. Həmin qadın bu sirri 
(başqasına) xəbər verdiyindən Allah bu işi peyğəmbərə bildirdi. Peyğəmbər (bu 
bildirişdən) nələrisə deyib, nələrisə saxladı. Qadına xəbər verəndə o dedi: “Sənə 
bunu kim xəbər verdi?” Peyğəmbər buyurdu: “Bilən və agah Allah xəbər verdi.” 
 
Bildirişlər 
 
1. Qadın sirr saxlayan olmalıdır ki, əri ona öz sözünü deyə bilsin. 
2. Kişi hər sözü ailə üzvlərinə deməyə borclu deyil.
3. Xətaya yol verənlərin adını açıqlamayın. Onları alçaltmayın. 
4. Peyğəmbərin (s) zövcələri məsum deyildilər. Bu səbəbdən də onun sirrini 
saxlamırdılar. 
5. Peyğəmbərin (s) də ailə problemləri olmuşdur. 
6. Allah Peyğəmbərə (s) xüsusi lütf etmiş, Peyğəmbərə (s) xəyanət edənlərin 
xəyanətini aşkarlamışdır. 
7. İslam cəmiyyətinin rəhbəri ailə daxilindəki məsələlərdən də xəbərdar olmalıdır. 


64 
8. Allah peyğəmbərlərini qeyb yolu ilə xəbərdar edir. 
9. İnsanların xətalarını başqalarına yox, onların özünə deyin. 
10. İdarəçilikdə bəzən göz yummaq, qəlbigenişlik lazım olur. 
11. İnsanın hər xətasını onun üzünə vurmayın.
12. Başqalarının sirrini açan kəs öz sirlərinin də faş olacağını düşünməlidir. 
13. Peyğəmbərlərin elm qaynağı Allahın elmidir. 
14. Məlumat mənbəsi elm və agahlıq sahibi olmalıdır. Yalnız elm və agahlığa 
əsaslanan xəbər mötəbərdir. 
15. Allahın müəyyən xəyanətləri ifşa etməsi onun daim və hər yerdə iştirakını 
göstərir. Allahın hər şeydən xəbərdarlığı insanı günahdan çəkindirə. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin