Bildirişlər 1. Quranda bu səmavi kitab və Peyğəmbər (s) haqqında “təbarək” sözü işlədilir.
Amma bütün bu bərəkətlərin qaynağı qüdrət sahibi olan Allahdır.
2. Bütün qüdrətlər və hökumətlər müvəqqətidir. Yalnız Allahın hakimiyyəti əbədidir.
3. Dünyadakı hökumətlər məhdud, müvəqqətidir. Bu səbəbdən də onların əhatəli
bərəkəti yoxdur.
4. Ölüm və həyatın müəyyənləşməsi Allahın mütləq hakimiyyət cilvəsidir.
5. Dünyadakı hakimlərin gücü çatmayan işi çoxdur. Amma Allah hər şeyə hakimdir
və hər işə qadirdir.
6. Ölüm yox olmaq deyil. Ölən insan bir dünyadan o birinə köçür.
7. Ölüm səbr, həyat şükr üçün bir sınaqdır.
8. Heç nə əbəs yaradılmamışdır, bütün yaranışlar məqsədlidir. Allah insanı seçimli
təkamül üçün xəlq etmişdir.
9. İnsanın dəyəri acılı-şirinli hadisələr gedişində üzə çıxır.
10. İlahi sınaq Allahın elmini artırmır. Allah-taala hər şeydən öncədən xəbərdardır.
Sınaqda məqsəd insanın kimiliyini üzə çıxarmaqdır. Məsələn, müəllim şagirdin birindən
xəbərdar olsa da, onun biliyini dəyərləndirmək üçün imtahan keçirilir.
11. Keyfiyyət yox, kəmiyyət əməl meyarıdır.
12. İlahi sınaq həmişəlik və hamı üçündür.
13. İşin yaxşılığı bizi qane etməməlidir və ən yaxşı əməl üçün çalışmalıyıq.
14. Yalnız Allahın hökumət və qüdrəti yenilməzdir.
15. Allahın izzət və qüdrəti Onun rüfət və rəhməti ilə müşayiət olunur.
16. İlahi sınaqlarda uğursuzluqdan üzülməyin, Allah bağışlayandır.
1
“Hud”, 61
2
“Hud”, 119
3
“Fürqan”, 56
4
“Fürqan”, 2
5
“Cumuə”, 2
6
“Fürqan”, 1
7
“Kafi”, c. 2, s. 16