84
1. İnadkar, haqdan qaçan fərdlər bir növ məsx olmuşdur və yerimək əvəzinə sürünür.
2. İslamın yolu düz və hamardır, eyni zamanda sonu aydındır. İslam ümməti bu yolla
getsə qaməti düz, başı uca olar.
3. İnsanın yaranış prosesi çox mühüm mövzudur. Belə ki, Peyğəmbərə (s) yaranışla
bağlı açıqlamalar vermək əmr olunur.
4. Allah haradansa nümunə götürməmiş, yaradıcılıqla xəlq etmişdir.
5. Allah insana müxtəlif hiss üzvləri vermiş, onun ətrafı tanıması üçün şərait
yaratmışdır. Bu yolla ona edilən xəbərdarlıq başa çatdırılır. (Adi insanlar yalnız eşidib
görməklə ibrət götürür, üstün insanlar isə qəlb vasitəsi ilə dərk edir.)
6. Allaha təkcə dillə şükr olunmur. Əsil şükr nemətlərdən düzgün istifadə
edilməsidir.
7. Sizi öncə yer üzündə və torpaqdan yaratmış Allah yenidən dirildə bilər.
8. Allah-taala dünya həyatında insanları yer üzünə yayır, qiyamətdə onları bir yerə
toplayır.
Dostları ilə paylaş: