Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə85/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   81   82   83   84   85   86   87   88   ...   317
NUR-TƏFSİRİ-12

“QƏLƏM” SURƏSİ
 
 
(68-Cİ SURƏ; 52 AYƏ) 
 
İYİRMİ DOQQUZUNCU CÜZ 
 
“QƏLƏM” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 52 ayədən ibarətdir. Onun adı ilk ayəsindən 
götürülmüşdür. 
Surədə İslam peyğəmbərinin (s) əxlaqi sifətlərindən, İslam düşmənlərinin çirkin 
əxlaqından, behişt əhlinin sifətlərindən, qiyamət və qiyamət əzabından danışlır. Surədə 
müşriklər hədələnir, İslam peyğəmbəri (s) səbrə dəvət olunur. 
 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə"
 
 
Ayə 1, 2, 3, 4: 
 َنوُرُطْسَی اَم َو ِمَلَقْلٱ َو ن﴿

َرْیَغ اارْجَ َلْ َكَل نِإ َو﴿﴾ٍنوُنْجَمِب َكِ بَر ِةَمْعِنِب َتنَأ آَم﴿
﴾ ٍمیِظَع ٍقُلُخ ىلَعَل َك نِإ َو﴿﴾ٍنوُنْمَم
 
“Nun; Qələmə və yazdıqlarına and olsun; sən Rəbbinin nemətinə (lütfünə) xatir 
divanə deyilsən; həqiqətən, sənin üçün sonsuz mükafat var; şübhəsiz, sən böyük 
əxlaq sahibisən.” 
 
Nöqtələr 
 
◘”Məmnun” sözü parça mənası bildirən “mənn” sözündən olarsa, sonsuz mükafat 
mənasını bildirər. Əgər “minnət” sözündən olarsa, minnətsiz ilahi lütf mənasında 
anlaşılar. Zahirən, birinci məna nəzərdə tutulmuşdur. Çünki Allah tərəfindən nemətin üzə 
vurulması eyb sayılmır. Belə bir minnət Allahı şükr və itaət səbəbidir.
1
◘Qələm dildən, qılıncdan, qızıl-gümüşdən, şan-şöhrətdən, ailə-övladdan daha böyük 
rola malikdir. Çünki qələm əsirlərin təcrübəsini daşıyır, mədəniyyəti inkişaf etdirir. 
Qələmlə insanı yuxuya vermək və ya oyatmaq olar. Bir millət qələm vasitəsi ilə həm 
izzətə çata bilər, həm də zillətə düşər. Qələm lal bir fəryaddır. Qələm rəsmi bir sənətdir. 
Qələm tarixin daşıyıcısıdır. 
Qələmə and içilməsi mədəniyyət göstəricisidir. Qələmə istinad dəlillərə istinaddır. 
Qələmlə rabitə elmlə rabitədir. Səslər arasında üç səsin imtiyazı var: alimin qələminin 
səsi, mücahidlərin ayaq səsi, cəhrə (ip hazırlayan) çarx səsi. Bəli, elmi tərəqqisi, gücü və 
çiçəklənən iqtisadiyyatı olan millət şərəflidir. Əgər uyğun səsləri bu günkü dillə ifadə 
etmək istəsək belə deyə bilərik: Çapxananın səsi, raketlərin səsi və fabrikin səsi. Başqa 
sözlə, elmi, hərbi və iqtisadi qüdrət! 
1
“Təfsiri-rahnoma” 


89 
◘Qələmlər və yazılar elmi bilikləri hifz edir. Hədisdə biliklərin yazıya alınması 
tapşırılır.
1
◘Ömür boyu bircə sətir olsun yazı yazmamış kəs ibrət olsun deyə qələm və yazıya 
and içir.
2
Hafiz deyir: 
Ol nigar məktəbə getməz, qələm də almaz ələ
Baxıban yüz fəqihə öyrədər min bir məsələ. 
 
◘Düşüncəli və ləyaqətli insanların divanə adlandırılmasına təəccüblənməyin. Quran 
buyurur ki, hansı peyğəmbər gəldisə, onu sehirbaz, divanə çağırdılar.
3
◘İlahi mükafatları kiçik şey saymayın.
4

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin