Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə97/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   93   94   95   96   97   98   99   100   ...   317
NUR-TƏFSİRİ-12

ِمْكُحِل ْر
 َدَت نَأ َلَ ْوَل﴿﴾ٌموُظْكَم َوُه َو ىَداَن ْذِإ ِتوُحْلٱ ِب ِحاَصَك نُكَت َلً َو َكِ بَر
 َذِبُنَل ِهِ ب ر نِ م ٌةَمْعِن ُهَكَرا
 
﴾ َنی ِحِلا صلٱ َنِم ُهَلَعَجَف ُهُّب َر ُهاَبَتْجاَف﴿﴾ٌموُمْذَم َوُه َو ِءآَرَعْلاِب
 
“(Risalətin müqabilində) Muzdmu istəyirsən ki, onlara bunu ödəmək ağır 
gəlsin?! Yoxsa qeybin sirləri onlara məlumdur, bunu yazırlar?! Rəbbinin əmri üçün 
səbr et, qüssə dolu qəlblə nida çəkən balıq sahibi (Yunus) kimi olma; əgər Rəbbinin 
mərhəməti ona çatmasaydı, şübhəsiz, otsuz səhraya düşərdi; bir halda ki, 
məzəmmətə layiq idi; Allah onu seçdi və ləyaqət verdiklərindən etdi.” 
 
Nöqtələr 
 
◘”Məğrəm” sözü nöqsansız insana toxunan zərər mənasını bildirən “ğəramət” 
sözündəndir. 
◘”Musqəlun” sözü “siql” sözündən olub maddi və mənəvi ya ağırlıq mənasını 
bildirir. 
◘Qəlbi qəm-qüssə ilə dolu insana “məkzum” deyirlər. 
◘Hazırkı surənin 46, 47-ci ayələri “Tur” surəsinin 40, 41-ci ayələrinə bənzəyir. 
◘Allah Quranda öz peyğəmbərini 20 dəfədən çox səbr dəvət edir. Bəli, xalqın 
tərbiyəsi üçün səbr və müqavimətə ehtiyac var. 
◘”Şuəra” surəsində “mən sizdən muzd istəmirəm” cümləsi bütün peyğəmbərlərin 
şüarı kimi təqdim olunur.
1
◘Kafirlər 45-ci ayədə “Allah əzabı dəyişməzdir” cümləsi ilə hədələnir. Bəli, Allahın 
günahkarlara münasibətdə proqramı var. Buna görə də Peyğəmbərə (s) səbr etmək, 
tələsməmək tövsiyə olunur. 
◘Sual: Həzrət Yunusa verilmiş ilahi nemət nə idi? 
Cavab: Balığın qarnında salamat qalması Yunusa verilmiş maddi nemət idi. Ona əta 
olunmuş mənəvi nemət isə tövbəsinin qəbulu oldu. Çünki insan yalnız ilahi tövfiq 
sayəsində tövbə qılır. 
◘Sual: Həzrət Yunusa lütf olunduğu halda nə üçün otsuz biyabana atıldı?
2
Cavab: Xəstəlik üçün nəzərdə tutulmuş dərmanla birlikdə biyabana atılmaq da 
lütfdür. Məzəmmətlə atılmaq isə qəzəbdir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin