Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə99/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   95   96   97   98   99   100   101   102   ...   317
NUR-TƏFSİRİ-12

Gözdəymə 
 
Həzrət Peyğəmbər (s) buyurur ki, gözdəymə haqdır və o qədər təsirlidir ki, dəvəni, 
inəyi təndirə salır.
1
Təkcə düşmənin gözü dəymir, bəzən dost da bir məsələyə heyran qalır ki, onun göz 
öz təsirini göstərir. Hədisdə tövsiyə edilir ki, dostunuzda olan bir şey sizi 
təəccübləndirdikdə gözdəymənin qarşısını almaq üçün Allahı zikr edin. Bəli, bir çoxları 
gözdəymənin təsirindən həyatlarını əldən vermişlər.
2
Əlbəttə ki, gözdəymənin həqiqət olduğuna inam bizi ətrafdakılara münasibətdə sui-
zənnə vadar etməməlidir. Öz səhlənkarlığımızdan qarşılaşdığımız çətinliyə görə 
ətrafdakıları məzəmmət etməməliyik. Rəvayətdə bildirilir ki, sədəqə, dua, “Nas” və 
“Fələq” surələrinin oxunması gözdəymənin təsirini aradan qaldırır. 
1
“Biharul-ənvar”, c. 63, s. 17 
2
“Biharul-ənvar”, c. 95, s. 127 


101 
Bildirişlər 
 
1. Düşmən çox kinlidir, oyaq olmalıyıq. 
2. Quran düşmənin hiylələri üzərindən pərdəni qaldırır. 
3. Düşmənin hücumları İslam rəhbərinə yönəlmişdir. 
4. Gözdəymə həqiqətən də var. 
5. İlahi övliyaları böhtanlardan müdafiə etmək lazımdır. 
6. Quran qəfləti aradan qaldırır. 
7. Quran bütün millətlər üçün, cəhanşümul və əbədi bir kitabdır, onun hökmləri üçün 
zaman və məkan məhdudiyyəti yoxdur. 


102 
“HAQQƏ” SURƏSİ 
 
(69-CU SURƏ; 52 AYƏ) 
 
İYİRMİ DOQQUZUNCU CÜZ 
 
“HAQQƏ” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 52 aydədən ibarətdir. Surənin adı onun ilk ayəsindən 
götürülmüşdür və sabit, haqq iş mənasını bildirir. 
Qiyamət və onun xüsusiyyətləri surənin əsas mövzusunu təşkil edir. Surədə 
qiyamətin “əl haqqə”, “əl qariə”, “əl vaqiə” kimi üç adı qeyd olunur. 
Surədə keçmiş qövmlərin aqibətindən, Quran və Peyğəmbərin (s) əzəmətindən, 
behişt və cəhənnəmin xüsusiyyətlərindən, cəhənnəm əhli və behişt əhlinin halından 
danışılır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin