Ayə 6, 7, 8: ِرِب ْاوُكِلْهُأََف ٌداَع ا مَأ َو﴿ یَأ َةَیِناَمَث َو ٍلاَیَل َعْبَس ْمِهْیَلَع اَهَر خَس﴿﴾ٍةَیِتاَع ٍرَص ْرَص ٍحی ٍما َیِقاَب نِ م مُهَل ى َرَت ْلَهَف﴿﴾ٍةَیِواَخ ٍلْخَن ُزاَجْعَأ ْمُه نَأََك ىَع ْرَص اَهیِف َم ْوَقْلٱ ىَرَتَف ااموُسُح ﴾ٍة “Amma Ad qövmü soyuq, yandırıcı və sarsıdıcı küləklə məhv edildi. Allah yeddi gecə, səkkiz gün ardıcıl onların üzərinə əsdirdi. (Əgər orada olsaydın) Görərdin ki, həmin günlər o qövm içi boş xurma tənəkləri kimi məhv olmuşlar. Onlardan bir əsər-əlamət görürsənmi?!” Nöqtələr ◘”Sər sər” dedikdə soyuq və sərt külək, “atiyə” dedikdə azğın mənası nəzərdə
tutulur.
◘”Həsum” sözü “hasim” sözünün cəm forması olub tam məhvədək bir əməlin
təkrarlanması mənasını bildirir.
◘”Xaviyə” dedikdə həm içiboşluq, həm yerə yıxılmış mənaları nəzərdə tutulur.
◘”Sərə” sözü “səri” sözünün cəm forması olub yerə sərilmiş şey mənasını bildirir.
“Əcaz” dedikdə ağac gövdələri mənası anlaşılır.
◘”Qəmər” surəsinin 20-ci ayəsində bildirilir ki, həlak olmuş Ad qövmü kökündən
çıxmış xurma ağacının gövdəsinə bənzəyirdi.
Bildirişlər 1. Allah istənilən cür cəzalandıra bilər. Səmud qövmü ildırımla, Ad qövmü soyuq
küləklə məhv edildi.
2. Varlıq aləmindəki hadisələrin təsiri Allahdan asılıdır. Külək bəzən gəmiləri
hərəkətə gətirib xeyir verir, bəzən fəlakət vasitəsi olur.
3. Allahın əzabları bəzən birdəfəyə, bəzən tədricən nazil olur.
4. Cüssə və güc fəlakətə mane ola bilmir. İnsan xurma ağacı boyda olsa belə Allahın
qəzəbi qarşısında acizdir.
5. Cəzalar fərqlidir. Bəzi cəzalar tamamilə məhv edir, bəziləri cismi hədəfə alır.
Ayə 9, 10, 11, 12: آَج َو﴿ َأ ْمُهَذَخَأََف ْمِهِ بَر َلوُسَر ْا ْوَصَعَف﴿﴾ِةَئِطاَخْلاِب ُتاَكِفَتْؤُمْلا َو ُهَلْبَق نَم َو ُن ْوَع ْرِف َء