107
◘Bu ayədə küfr və xəsislik behiştdən məhrumların sifəti kimi yanaşı zikr olunur.
◘Tutmaq,
bağlamaq, çəkmək, cəhənnəmə atmaq cəhənnəm əhlinin zillətinin
ağırlığını göstərir.
Bildirişlər
1. Yaxşı və pis insanların aqibətinin müqayisəsi Quranın bəyan üsullarındandır.
2. Tərbiyə və hidayət prosesində həm xəbərdarlıq, həm də müjdəyə ehtiyac var.
3. Gələcəkdən xəbərdarlıq bəzən bu günkü qərarların düzgün çıxarılmasına
təsir
göstərir.
4. Dünyada qaçdığımız ölüm qiyamətdə sorağımıza gələr.
5. Axirətdə günahkarların ümid bacası bağlanar. Əməl naməsini görənədək ümid
edənlər onu görəndən sonra yalnız həsrət çəkər.
6. Var-dövlət və gücün qiyamətdə faydası yoxdur.
7. Dünyada var-dövlət toplamaq qiyamətdə peşimançılıq səbəbidir.
8. Dünyada hər günaha uzanan əlin cəzası qiyamətdə buxov və zəncirdir.
9. Bəzilərinin imanı, bəzilərinin iman gətirmək məqsədi yoxdur. Onlar inadkarlıq
göstərdiyindən cəzaları daha ağırdır.
10.
Qəlbində Allaha mərifət nuru, əməlində xalqa xidmət olmayan yansa yaxşıdır.
11. Aclara diqqət Allaha imanla yanaşı zikr olunur.
12. Əgər özümüzün ətrafdaklılara yardım etmək gücümüz yoxsa,
heç olmaya
başqalarını bu işə təşviq edək.
13. Kömək göstəriləcək fəqirin mömin olması şərt deyil.
Dostları ilə paylaş: