112
şölələnən oddur; bədənin dərisini çəkib ayırar; (bu od haqqa) arxa çevirən hər kəsi
çağırar; (var-dövlət) yığıb saxlayanı!”
Nöqtələr
◘”Yəvtədi” dedikdə qurtuluş üçün əvəz vermək, fidyə nəzərdə tutulur. “Fəsilə” sözü
insanın ayrıldığı qohum-əqrəba mənasını bildirir. “Tövihi” sözü “məva” sözündən olub
sığınacaq vermək mənasını bildirir. Odun xüsusi şöləsi “ləzza” adlanır. “Əva” sözü qab
mənasını bildirən “vəa” sözündəndir və burada bir şeyin qaba yığılmasını bildirir. İnsan
bədəninin ətraf dərisi “şəva” adlanır.
◘Günahkar qiyamətdə üç şey arzulayır: torpağa dönəydim
1
; əməllərimdən
qurtulaydım
2
; fidyə verib qurtulaydım.
◘Günahkar canını qurtarmaq üçün qurban verərkən kimisə seçmir. O hər şeyi qurban
verməyə razıdır. Qiyamət günü ailə-övlad məhəbbəti, dostluq-qardaşlıq hissləri yaddan
çıxır. Amma bunun nə faydası!
◘Hazırkı ayələrə əsasən cəhənnəmə düşməyin dörd səbəbi var: insan aşkarda haqqa
arxa çevirir, qəlbində haqqa nifrət bəsləyir, var-dövlət toplamaqla məşğul olur, kimsəyə
kömək əli uzatmır.
Bildirişlər
1. Dünyadakı rabitələr axirətdə kara gəlmir, onlara əsir olmayın.
2. Qiyamətdə həm ruhi, həm də fiziki əzab var. İnsana yaxınlarının və dostlarının
göstərilməsi böyük ruhi əzabdır.
3. Günahkar qiyamət günü hər şeyi qurban vermək bahasına qurtulmaq istəyir.
4. Ehtiyatlı olaq və ailə-övlada, ətrafdakıların məhəbbətinə görə cəhənnəmə
düşməyək. Çünki qiyamət günü kimsə köməyə gəlmir, dərdə dəymir.
5. İnsanın özünə məhəbbəti onun ən böyük meylidir.
6. Cəhənnəm odu şüurludur, günahkarı tanıyır.
Dostları ilə paylaş: