Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə112/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   108   109   110   111   112   113   114   115   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 19, 20, 21, 22, 23:
ٱ ُه سَم اَذِإ﴿﴾ااعوُلَه َقِلُخ َناَسنِ ْلْٱ نِإ﴿
لًِإ﴿﴾ااعوُنَم ُرْیَخْلٱ ُه سَم اَذِإ َو﴿﴾ااعوُزَج ُّر شل
﴾ َنوُمِئآَد ْمِهِت َلاَص ىَلَع ْمُه َنیِذ لٱ﴿﴾َنیِ لَصُمْلٱ
 
“Həqiqətən, insan həris, tamahkar yaradılmışdır; ona pislik üz verəndə nalə 
çəkir; bir xeyir yetişəndə xəsislik göstərir; yalnız namaz qılanlar istisnadır; o kəslər 
ki, namazlarında sabitdirlər.” 
 
Nöqtələr 
 
◘”Həlua” dedikdə səbirsiz və həris insan nəzərdə tutulur. 
◘Allah-taala bəzi ayələrdə insanı ən üstün yaranmış, bəzi ayələrdə Özünü ən üstün 
yaradan, bəzi ayələrdə isə insanı həris və tamahkar kimi tanıtdırır.
3
1
“Nisa”, 42 
2
“Ali-İmran” 30 
3
“Tin”, 4; “Muminun”, 14 


113 
Sual: İnsanın üstün məxluq olması və xəsisliyi bir-birinə zidd deyilmi? 
Cavab: İnsan ziddiyyətlər girdabındadır və bu təkamül nişanəsidir. Nəfs insanı 
pisliyə çağırır, ağıl onu pislikdən çəkindirir.
1
İnsanın təkamülü bu iki yol arasında düzgün 
seçim aparıb tərbiyələnməkdir. 
◘Rəvayətlərə əsasən ən üstün əməl davamlı əməldir.
2
◘Hərisliklə bağlı bir sıra rəvayətlər nəql olunmuşdur.
3
Bu rəvayətlərdə bildirirlir ki, 
hərislik ruzini artırmır, hərisliyi çox olan daha çox aldanır, çox insanları hərisliyi məhv 
edir, həris heç vaxt möhtaclıqdan qurtulmur, həris insan öz ali-cənablığını əldən verir
hərislik əzab-əziyyətə səbəb olur, həris insan var-dövlət naminə həyatını əldən verir, həris 
insan əsirdir, hərislik yoxsulluq göstəricisidir, hərislik ilahi müqəddərata inamı puça 
çıxarır, hərislik insana bir çox nöqsanlar gətirir, həris insanın rahatlığı olmur. 
Bildirişlər 
 
1. Hərisliyin iki nişanəsi var: çətinlik zamanı ah-nalə və kama çatan zaman xəsislik. 
2. Bir çox müşküllərin kökü hərislik və xəsislikdədir. 
3. İnsanın tutumu böyük deyil. O çətinliyə düşdükdə nalə çəkir, bolluq gördükdə 
xəsislik göstərir.
4. Davamlı namaz pis əxlaqdan qurtuluş yoludur. 
5. Maddiyatçı xarakter insanı hərislik və xəsisliyə yönəldir. Namaz və Allah zikri 
insanı cilovlayır. 
6. Namazdan uzaq düşən insan iztirab içindədir. 
7. Namazın təsiri onun davamlı olmasındadır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin