114
İmam Baqir (ə) hazırkı ayə ilə bağlı verilən suala belə cavab verir: “Həqqun məlum”
zəkat deyil.”
1
◘”Nəhcül-bəlağədə” oxuyuruq: “Allah yoxsulların gücünü varlıların malında
qoymuşdur. Elə bir yoxsul yoxdur ki, varlı onun haqqından bəhrələnməsin. Allah onları
sorğuya çəkəcək.”
2
◘”Lissailiq vəl məhrum” ifadəsindən aydın olur ki, cəmiyyətdəki bəzi möhtaclar əl
açır, bəziləri isə öz ehtiyacını gizlədir. Ona görə də varlılar ikinci zümrəni axtarmalı,
onların haqqını ödəməlidir.
◘Yersiz adət-ənənələrə qarşı mübarizə lazımdır. Allahın halallarını haram,
haramlarını halal göstərmək olmaz. Bəzi adət-ənənələrə əsasən gənclərin tez ailə qurması
yaxşı hal deyil. Hansı ki, Quran izdivacdan çəkinib qeyri-şəri yolla şəhvətini söndürənləri
qınayır.
◘İnsanın özündən məni xaric etməsi (istimna) böyük günahlardandır. İmam
Sadiq
(ə) bu barədə verilən sualın cavabında buyurur: “İstimna böyük günahdır, Allah onu
qadağan etmişdir. İmamdan bu işin hansı ayədə qadağan olunduğunu soruşurlar. İmam
“Məaric” surəsinin 31-ci ayəsini oxuyur.
3
◘Həzrət Əli (ə) övladlarına buyurur: “Allahdan elə qorx ki, bütün yaxşılıqlara malik
olsan onların
qəbul edilməyəcəyini düşün; o qədər ümidvar ol ki, bütün insanların pis
əməllərinə sahib olsan onların bağışlanacağını güman et.”
4
◘Qiyamətə iman və əzab qorxusu namaz və infaqa diqqət üçün zəmindir.
Dostları ilə paylaş: