115
Ayə 32, 33, 34, 35:
ْمُه َنیِذ لٱ َو﴿﴾َنوُمِئآَق ْمِهِتاَداَهَشِب مُه َنیِذ لٱ َو﴿﴾َنوُعاَر ْمِهِدْهَع َو ْمِهِتاَناَمَ ِلْ ْمُه َنیِذ لٱ َو﴿
﴾ َنوُمَرْكُّم ٍتا نَج يِف َكِئَل ْوُأ﴿﴾َنوُظِفاَحُی ْمِهِت َلاَص ىَلَع
“Onlar ki əmanətlərə və öz əhdlərinə vəfa qılırlar; onlar ki şəhadətlərinin
arxasında dayanırlar; onlar ki, namazlarını hifz edirlər; belələri behiştlərdə əziz
tutular.”
Nöqtələr
◘”Məaric” surəsinin 22-35-ci ayələrində İslam ümmətinin
və ideal cəmiyyətin
siması təsvir olunur. Bu cəmiyyət namaz vasitəsi ilə Allahla daimi və kamil rabitə
saxlayır. Onlar məhrumların ehtiyaclarına diqqətlidirlər, öz mallarının bir hissəsini onlara
verirlər. Bu cəmiyyət məada inandığından, hesab günündən qorxduğundan öz düşüncə,
danışıq və rəftarlarına diqqətlidirlər, əmanət və əhdlərə xəyanət etməzlər. Onlar xalqın
haqlarının
müdafiəsinə qalxar, şəhadət verdikdə onu danmazlar. Cinsi ehtiraslarının
təminində halal yol axtarar, ailə qurar, pak nəsil yetirərlər.
◘Əmanət dedikdə məsuliyyətlər, insanların sirri kimi mənəvi əmanətlər də nəzərdə
tutulur.
◘Əhd-peymanı yerinə yetirmək lazımdır. Xalq, Xaliq, dini rəhbərlər,
ailə-övlad
qarşısındakı məsuliyyətlər yerinə yetirilməlidir.
◘Olsun ki, davamlı namaz dedikdə
1
namazın tərk olunmaması nəzərdə tutulur.
Namazın intizarını çəkmək deyərkən vaxtından qabaq dəstəmaz almaq,
məsciddə
cəmiyyətlə namaz qılmaq, namazın düzgünlük və qəbul şərtlərini yerinə yetirmək
nəzərdə tutula bilər.
2
◘Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərdə əmanətə xəyanət,
əhdi yerinə
yetirməmək, yalan danışmaq nifaq nişanələrindən sayılır.
3
Dostları ilə paylaş: