Nur təFSİRİ


الاْیَل ي ِم ْوَق ُت ْوَعَد يِ نِإ ِ ب َر َلاَق﴿



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə121/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   117   118   119   120   121   122   123   124   ...   317
NUR-TƏFSİRİ-12

الاْیَل ي ِم ْوَق ُت ْوَعَد يِ نِإ ِ ب َر َلاَق﴿
 اَم لُك يِ نِإ َو﴿﴾ااراَرِف لًِإ ىِءآَعُد ْمُهْد ِزَی ْمَلَف﴿﴾ااراَهَن َو
 َتْسٱ َو ْاوُّرَصَأ َو ْمُهَباَیِث ْا ْوَشْغَتْسٱ َو ْمِهِناَذاَء يِف ْمُهَعِباَصَأ ْاوُلَعَج ْمُهَل َرِفْغَتِل ْمُهُت ْوَعَد
 ْاوُرَبْك
 ُث﴿﴾ا اراَه ِج ْمُهُت ْوَعَد يِ نِإ مُث﴿﴾ااراَبْكِتْسٱ
﴾ا اراَرْسِإ ْمُهَل ُت ْرَرْسَأ َو ْمُهَل ُتنَلْعَأ يِ نِإ م
 
“(Nuh) Dedi: “Pərvərdigara, həqiqətən, mən öz qövmümü gecə-gündüz dəvət 
etdim; amma mənim dəvətim yalnız onları daha çox qaçırdı; əlbəttə, nə vaxt onları 
bağışlayasan deyə dəvət etdim, barmaqlarını qulaqlarına qoydular, libaslarını 
başlarına çəkdilər. (Asiliklərində) İsrarlı oldular, çox təkəbbür göstərdilər; mən 
onları uca bir səslə dəvət etdim; sonra bəzən aşkar, bəzən gizli (onlarla) danışdım.” 
 
Nöqtələr 
 
◘Nuh qövmü onunla pis davranırdı. Bəzən övladlarının əlindən tutub onun yanına 
gedir və deyirdilər: “Atalarımız bizə tapşırdığı kimi, biz də sizə tapşırırıq ki, bu kişinin 
sözlərinə qulaq asmayın.” 
◘Nuh dövrünün kafirləri ilə İslam peyğəmbəri (s) dövrünün kafirləri arasında 
oxşarlıqlar var: haqdan qaçmaq
1
; onların bağışlanmaya dəvəti
2
; təkəbbür
3
; vəhyi 
dinləməmək.
4
Bildirişlər 
 
1. Allah insanın batinindən xəbərdar olsa da, dua və minacat zəruridir. 
2. Allah dərgahına ah-nalə peyğəmbərlərin qaydasıdır. 
3. İnsanlar ardıcıl şəkildə dəvət edilməlidir. 
4. Əgər qəbul üçün zəmin olmasa peyğəmbərlərin də gecə-gündüz dəvəti səmərə 
verməz. 
5. İnsanlar yol seçimində azaddırlar. Onlar peyğəmbəri qəbul da edə bilər, inkar da. 
6. Həzrət Nuhun dəvətləri həmişə etirazla qarşılandı. 
7. İnadkarlıq elə bir həddə çatır ki, inadkar şəxs nə öz işindən əl çəkir, nə də baxıb 
dinləyir. 
8. Təbliğdə zaman və məkan, insanların ruhiyyəsi nəzərə alınmalıdır. Bəzən məxvi 
və xüsusi söhbətə ehtiyac olur. 
9. Peyğəmbər öz missiyasını yerinə yetirərkən səhlənkarlıq göstərməmişdir.

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin