125
◘Həzrət Nuha vəhy oldu ki, sənin qövmündən iman gətirənlərdən savayı kimsə iman
gətirən deyil.
1
950 illik təcrübə insanları tanımaq üçün bəs edirdi. Bu nəsil, hətta bundan
sonrakı nəsil doğru yola gələsi deyildi. Ona görə Nuh nifrinə əl atdı.
◘”Dar” sözündən olan “dəyyar” sözü evdə sakin mənasını bildirir.
◘İlahi insanlar özünü düşünmür onlar bu günki və gələcək
nəslin hidayəti barədə
fikirləşir. Həzrət
Nuh təhqirlər eşidib, işgəncələrə
məruz qalsa da, yalnız xalq
yolundan
azdığı üçün nifrin etdi.
Bildirişlər
1. Son mərhələdə nifrinə əl atmaq olar.
2. Həzrət Nuhun risaləti cahanşümul idi.
3. Xalqla onun öz dilində danışın.
4. Cəmiyyətin düşüncə sağlamlığı onun fiziki sağlamlığından mühümdür. Xalqı
azdıran fərdlər həlak olsa yaxşıdır.
5. Azdırıcı fərdlər və amillərlə sərt rəftar edilməlidir.
6. Tərbiyə prosesində vərəsəliyin mühüm rolu var.
7. İnsan
o qədər tənəzzül edir ki, əməldə və əqidədə onun islahına yol qalmır.
Ayə 28:
ِزَت َلً َو ِتاَنِمْؤُمْلٱ َو َنیِنِمْؤُمْلِل َو اانِمْؤُم َيِتْیَب َلَخَد نَمِل َو يَدِلا َوِل َو يِل ْرِفْغٱ ِ بَر﴿
ِد
﴾ا اراَبَت لًِإ َنیِمِلا ظلٱ
“Pərvərdigara, məni və ata-anamı, evimə imanla daxil olan hər kəsi, imanlı kişi
və qadınları bağışla. Zalımların yalnız həlakını artır.”
Nöqtələr
◘Duanın əhatə dairəsi geniş olmalıdır.
Dua keçmişi və indini, insanın
özünü və
yaxınlarını, bütün möminləri əhatə etməlidir.
◘İmam Riza (ə) buyurur: “Həzrət Nuhun evi Kufə məscidinin yerində olmuşdur. Evə
daxil olanlar dedikdə Kufə məscidinə daxil olanlar nəzərdə tutulur.”
◘Kərbəlada imam Hüseyn (ə) müxaliflərdən bəzisini öldürməyib buyururdu:
“Nəslində mömin gördüyüm müxalifi öldürmürəm.”
Dostları ilə paylaş: