Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə130/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   126   127   128   129   130   131   132   133   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Yüksəlişdə ilk addım Allahı tanımaqdır. 
2. Cinlər də bilir ki, Allahın zövcəsi və övladları yoxdur. 
3. Ailə-övlad Allahın yeganəlik və ehtiyacsızlıq şənlərindən uzaqdır. 
4. Haqsız söz danışmaq səfehliyi göstərir. 
5. Cinlər insanların nə düşündüyündən xəbərdardır. 
Ayə 6, 7, 8: 
 َن ِ م ٍلاَج ِرِب َنوُذوُعَی ِسن ِ ْلْا َنِ م ٌلاَج ِر َناَك ُه نَأ َو﴿
 
 اوُّنَظ ْمُه نَأ َو﴿﴾ااقَهَر ْمُهوُداَزَف ِ ن ِجْلا
یِدَش ااس َرَح ْتَئِلُم اَهاَنْدَج َوَف ءاَم سلا اَنْسَمَل ا نَأ َو﴿﴾اادَحَأ ُ اللّ َثَعْبَی ن ل نَأ ْمُتنَنَظ اَمَك
 ااد
﴾اابُهُش َو
 
“Həqiqətən, bəzi insanlar bəzi cinlərə pənah aparır, onların azğınlığını 
gücləndirir. Siz güman etdiyiniz kimi onlar da güman edirdilər ki, Allah heç vaxt 
bir şəxsi məbus etməyəcək. Biz səmalara yaxınlaşmaq istədik, amma orada güclü 
keşikçilər və qaynar daşlarla rastlaşdıq.” 
 
Nöqtələr 
 
◘”Rəhəq” dedikdə insanın qəbahətli və pis işi nəzərdə tutulur. 
◘Cinlərə sığınmaq dedikdə cinlərlə əlaqədə olan insanlara müraciət edilməsi nəzərdə 
tutulur. Rəvayətlərə əsasən, burada şeytanın ilhamı nəzərdə tutulur. Bəziləri 
müşküllərinin həllini ondan istəyir.
1
◘Quran nuru ilə işıqlanan, yüksələn kəs bütün düşüncə və əməl azğınlıqlarından 
qurtulur. Quran yüksəlişə hidayətdən danışdıqdan sonra bəzi azğın əqidələri açıqlayır. Bu 
azğın əqidələrdən biri də Allaha zövcə və övlad aid edilməsidir. Belə haqsız danışanlar 
Allahı qoyub cinlərə sığınır və qiyamətin baş verməyəcəyini düşünür. 
Bildirişlər 
 
1. Cinlərə sığınmaq boş və səfeh bir işdir. 
2. Cinlərin də insanlar kimi kişi və qadını var.
1
“Təfsiri-nurus-səqəleyn” 


130 
3. Məqsədə çatmaq üçün cinlərlə rabitənin yanlış addım olduğu bildirilir. Belə bir 
addım hər iki tərəfin azğınlığını artırır. 
4. Qiyaməti inkar edənlərin heç bir elmi dəlili yoxdur. Onlar zənn-gümana uyurlar. 
5. Cinlər insanların əqidələrindən xəbərdardır. 
6. Cinlərdən bəziləri kafirdirlər və qiyaməti inkar edirlər. 
7. Cin səma ilə təmasda ola bilər.
8. Azğınlara harada gəldi yer verməyin. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin