Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə144/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   140   141   142   143   144   145   146   147   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 15, 16: 
 َصَعَف﴿﴾ الًوُس َر َن ْوَع ْرِف ىَلِإ اَنْلَس ْرَأ اَمَك ْمُكْیَلَع اادِهاَش الًوُسَر ْمُكْیَلِإ اَنْلَس ْرَأ ا نِإ﴿
 ى
﴾ الایِب َو ااذْخَأ ُهاَنْذَخَأََف َلوُس رلا ُن ْوَع ْرِف
 
“Həqiqətən, biz əməllərinizə şahid olası peyğəmbəri sizə doğru göndərdik. Necə 
ki, Firona doğru peyğəmbər göndərmişdik. Amma Firon həmin peyğəmbərə 
itaətsizlik etdi, biz onu ağır əzabla yaxaladıq.” 
 
Nöqtələr 
 
◘”Və bil” dedikdə ağrılı, ağır mənası anlaşılır. 
◘Şəhadət insanın öz hiss üzvləri ilə bir şeyi eşitməsi və ya görməsini bildirir. Ayə və 
rəvayətlərə əsasən həzrət Peyğəmbər (s) və məsum imamlar əməllərimizə şahiddirlər. 
◘Ayələrdə “rəsul” sözünün təkrarlanması göstərir ki, müxaliflər peyğəmbərlərlə 
yalnız onların peyğəmbərlik məqamına görə mübarizə aparmışlar. Ayələrdə “Firon” adı 
da təkrarlanır. Bu isə Allahın ən böyük güc sahibini də aciz qoymasını bildirir. 
◘Quranın başqa iki ayəsində İslam peyğəmbəri (s) şahid adı ilə tanıtdırılır.
1
◘Bütün peyğəmbərlər öz qövmlərinə məbus edilmişlər. Yalnız həzrət Musa belə 
Firona üz tutmalı olmuşdur. Bəli, zalım rejimdə tağutla, yəni azğın hakimlə mübarizə 
birinci pillədə dayanır. 
Bildirişlər 
 
1. Həzrət Peyğəmbər (s) ümmətinə şahiddir, onların bütün əməllərinə nəzarət edir.
2. Dünyada əməllərə şahid olan peyğəmbər axirətdə şəhadət verir.
2
3. Risalət nəzarətlə müşayiət olunur. Peyğəmbər həm də nəzarətçidir. 
4. Peyğəmbərlik fəlsəfəsi bütün dövrlər üçün eynidir. 
5. Tarix ibrət güzgüsüdür, ondan ibrət götürün. 
1
“Əhzab”, 45; “Fəth”, 8 
2
“Nisa”, 41 


143 
6. Azğınlıqla mübarizədə onun qaynağına üz tutun. 
7. İnsanları qorxudub, onlara müjdə verəndə nümunələr göstərin. (Allah kafirləri 
hədələyərkən onun aqibətini yada salır.) 
8. Peyğəmbərin əmrlərinə itaətsizlik problem yaradır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin