Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə145/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   141   142   143   144   145   146   147   148   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 17, 18, 19: 
 ُءآَم سلا﴿﴾اابیِش َناَدْلِوْلا ُلَعْجَی اام ْوَی ْمُت ْرَفَك نِإ َنوُق تَت َفْیَكَف﴿
 
 َناَك ِهِب ٌرِطَفنُم
 ُهُدْع َو 
﴾ الایِبَس ِهِ ب َر ىَلِإ َذَخ تا ءاَش نَمَف ٌةَرِكْذَت ِهِذَه نِإ﴿﴾ الًوُعْفَم
 
“Küfr etsəniz, özünüzü körpələri qocaldan gündən necə qoruyarsınız? Həmin 
gün səbəbindən səma parçalanar. Bəli, Allahın vədi yerinə yetəsidir. Həqiqətən, bu 
ayələrdə ibrət var. Hər kim istəyirsə Rəbbinə doğru yol tutsun.” 
 
Nöqtələr 
 
◘”Vildan” sözü yenicə doğulmuş uşaq mənasını bildirən “vəlid” sözünün cəm 
formasıdır. “Şib” sözü isə saç-saqqalı ağarmış pir mənasını bildirən “əşib” sözünün 
cəmidir. Beləcə, 17-ci ayə iki cür mənalandırıla bilər: 
a) Qiyamət ağrısı bir həddədir ki, yeni doğulmuş uşaq qocalır; 
b) Həmin gün o qədər uzundur ki, körpə yaşa dolur. Ayədəki “hazihi” (bu) əvəzliyi 
surənin əvvəlində qeyd olunmuş gecə nafilə namazına işarə ola bilər. Necə ki, “Dəhr” 
surəsinin 29-cu ayəsində səcdə və təsbih göstərişindən sonra buyurulur ki, gecə yarı 
ibadət Allaha doğru bir yoldur, istəyən bu yolu seçsin. 
Bildirişlər 
 
1. Qiyamətdə kafirlər üçün cəhənnəmdən qurtuluş yolu yoxdur. 
2. Dünyadakı qüdrət sahibləri elə dünyadaca Allahın əzabından qurtula bilmədilər. 
Belələri axirətdə nə edəcək?! 
3. Qəm-qüssə, acı hadisələr və nigarançılıqlar insanı qocaldır, onun saç-saqqalını 
ağardır. 
4. Qiyamət hadisələri həm insana, həm də səmalara təsirlidir.
5. İnsan azad yaradılmış, ona seçim imkanı verilmişdir. 
6. Qiyamət təhlükələrindən xəbərdarlıq insan üçün nəsihətdir. 
7. Allahın rübubiyyəti onun yolunu seçməyimizi tələb edir. 
Ayə 20: 
 َفْصِن َو ِلْی للا ِيَثُلُث نِم ىَنْدَأ ُموُقَت َك نَأ ُمَلْعَی َك بَر نِإ﴿
 ِذ لا َن ِ م ٌةَفِئاَط َو ُهَثُلُث َو ُه

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin