Nur təFSİRİ


Ayə 8, 9, 10, 11, 12, 13, 14



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə150/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   146   147   148   149   150   151   152   153   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 8, 9, 10, 11, 12, 13, 14: 
یِسَی ُرْیَغ َنی ِرِفاَكْلا ىَلَع﴿﴾ٌریِسَع ٌم ْوَی ٍذِئَم ْوَی َكِلَذَف﴿﴾ ِروُقا نلا يِف َرِقُن اَذِإَف﴿
 يِن ْرَذ﴿﴾ ٍر
 ادوُهُش َنیِنَب َو﴿﴾اادوُدْم م الًاَم ُهَل ُتْلَعَج َو﴿﴾اادی ِح َو ُتْقَلَخ ْنَم َو
﴾اادیِهْمَت ُهَل ُّتد هَم َو﴿﴾ا
 
“O zaman ki sur üfürülər; həmin gün ağır bir gündür; kafirlərə asan deyil; 
məni təklikdə yaratdığımla tənha burax; ona bol və artan mal verdim; yanında 
hazır dayanmış övladlar (verdim); onun üçün kam alacağı şeyləri tam hazırladım.” 
 
Nöqtələr 
 

”Naqur” dedikdə təbil və ya şeypur kimi səsi olan alətlər nəzərdə tutulur. Hazırkı 
ayədə sur üfürülməsinə işarə olunur. Quşun dimdiyi “minqar” adlanır. Quş dimdiyi ilə 
döyəcliyib dəlik açır. Şeypur da qulaqları döyəclədiyindən belə adlandırılmışdır. 
◘Quranda iki sur üfürülməsinə işarə olunur: hamını öldürəcək sur səsi və hamını 
dirildəcək sur səsi. 
◘Məscidül-Həramın yaxınlığında “darun nudvə” adlı bir mərkəz vardı. Müşriklər 
məşvərət üçün oraya toplanardılar. Vəlid ibn Müğiyrə öz fəallığı və düşüncəsi ilə 
seçilirdi. Bir dəfə o dedi: “Gəlin Məhəmmədlə mübarizə üçün sözü bir yerə qoyaq və 
Kəbə ziyarətçilərinə Məhəmməd haqqında eyni söz söyləyək.” Bir nəfər dedi: “Deyək 
Məhəmməd şairdir.” Başqa biri təklif etdi ki, Peyğəmbəri (s) kahin adlandırsınlar. 
Üçüncü bir şəxs onu divanəlikdə suçlamağı tövsiyə etdi. Vəlid üzünü turşudub dedi: “Bir 
çox sözlər eşitmişik. Onun sözləri şerə bənzəmir. Onda dəlilikdən də əsər-əlamət yoxdur. 
Sözləri kahinlərin sözündən fərqlənir.” Nəhayət qərara gəldilər ki, Peyğəmbəri (s) sehrdə 
suçlasınlar. Desinlər ki, o sehr edir, ailələri dağıdır, hətta ona iman gətirən ailə üzvü o 
birilərinə düşmən olur. 
Allah-taala hazırkı ayələrdə Vəlid haqqında buyurur ki, onu mən yaratmışam, ona 
mən var-dövlət və övlad vermişəm və o bütün bunlardan sui-istifadə edir. Ölüm olsun 
ona! 
◘”Xələqtu vəhila” ifadəsindəki “vəhila” sözü iki cür mənalandırıla bilər: məxluq 
sifəti kimi və xaliq sifəti kimi. Birinci halda tənhalıq bəndənin zəiflik mənasına ikinci 
halda tənhalıq Allahın yeganəliyinə işarə ola bilər. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin