Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə153/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   149   150   151   152   153   154   155   156   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Cəhənnəm həqiqətləri yalnız vəhy yolu ilə dərk olunur. 
2. Cəhənnəm odu əhatəlidir və heç vəchlə söndürülə bilməz. 
3. Məad cismanidir. 
4. İlahi vəhyi sehr kimi tanıtdıranların cəzası cəhənnəm odunda yanmaqdır. 
5. Əgər bir mələk bütün insanların canını ala bilirsə, 2 mələk Lutun şəhərini tamam 
dağıdırsa, 19 mələk günahkarları yetərincə cəzalandırasıdır. 
Ayə 31: 
 ِل اوُرَفَك َنیِذ لِ ل اةَنْتِف لًِإ ْمُهَت دِع اَنْلَعَج اَم َو اةَكِئ َلاَم لًِإ ِرا نلا َباَحْصَأ اَنْلَعَج اَم َو﴿
َنِقْیَتْسَی
 اناَمیِإ اوُنَمآ َنیِذ لا َداَد ْزَی َو َباَتِكْلا اوُتوُأ َنیِذ لا
 ُمْلا َو َباَتِكْلا اوُتوُأ َنیِذ لا َباَت ْرَی َلً َو ا
َنوُن ِم ْؤ
 ُ اللّ ُّل ِضُی َكِلَذَك الاَثَم اَذَهِب ُ اللّ َداَرَأ اَذاَم َنوُرِفاَكْلا َو ٌضَر م مِهِبوُلُق يِف َنیِذ لا َلوُقَیِل َو
 نَم 
لًِإ َكِ بَر َدوُنُج ُمَلْعَی اَم َو ءاَشَی نَم يِدْهَی َو ُءآَشَی
﴾ ِرَشَبْلِل ىَرْكِذ لًِإ َيِه اَم َو َوُه 
 
“Biz od nəzarətçilərini yalnız mələklərdən seçdik. Onların sayını kafirlərin 
sınağa çəkilməsi, kitab əhlinin əmin olması, iman gətirənlərinin imanın artması, 
kitab əhli və möminlərin şəkk-şübhədən qurtulması üçün vasitə qərar verdik. Qoy 
kafirlər və qəlbi xəstə olanlar bilsinlər ki, Allah bu misalla nə demək istəyir? Allah 
beləcə istədiyini azdırır, istədiyini hidayət edir. Sənin Rəbbinin qoşununun sayını 
Özündən başqası bilmir və bu bəşəriyyət üçün yalnız bir xəbərdarlıqıdır.” 
 
Nöqtələr 
 
◘Fəxr Razi “Təfsiri-kəbirdə” deyir: “19 rəqəmi cəhənnəm məmurlarının sayını 
bildirir. Bu məlumat bir neçə baxımdan kitab əhli və müsəlmanlarda yəqinlik yaradır: 
a) 19 rəqəmi Tövrat və İncil kimi səmavi kitablarda qeyd olunmuşdur. Kitab əhli 
təəccüblənir ki, məktəb görməmiş bir şəxs bundan necə xəbər tutmuşdur? Demək, ona 
vəhy nazil olmuşdur. 
b) Kitab əhlinin Qurana inamı müsəlmanların etiqadını gücləndirir. 
1
“Təfsiri-məcməul-bəyan” 


152 
v) Cəhənnəm məmurlarının sayının 19 olması bəzilərinin təəccübünə səbəb olur. 
Onlar bu məsələni məsxərəyə qoyurlar. Əslində isə insan ətrafdakıları güldürəcək bir söz 
danışmır. Əgər Quran cəhənnəm məmurlarının sayını qeyd edirsə, məlum olur ki, bu 
Allah kəlamıdır. 
◘Quranın bəzi ayələrində bildirilir ki, bəzilərini Allah azdırır. Necə ki, bu ayənin 
sonunda “Allah istədiyini azdırır” buyurulur. Əslində isə “izlal” dedikdə insanın özbaşına 
buraxılması nəzərdə tutulur. Yəni Allah ləyaqətsiz insanları özbaşına buraxır. Necə ki 
əkinçi çürümüş toxumu saf toxumdan ayırıb kənara atır.
◘Tövrat və İncilin mütaliəsi, onların Quranla müqayisəsi möminlərin imanını artıran 
yollardandır. Bu istiqamətdə addım atan insan həmin kitabların təhrif olduğuna inanır, 
eləcə də Quranın ilahiliyini təsdiqləyən müştərək nöqtələr tapır. 
◘Dini məsələlərə hörmətlə yanaşaq. Heç vaxt bizi təəccübləndirəcək mövzuları 
məsxərəyə qoymayaq. Cəhənnəm məmurlarının 19 nəfər olması sadəcə bir sınaq 
vasitəsidir. Kimlər buna inancaq, kimlər bunu inkar edəcək? 
◘Varlıq aləmində işlər çox dəqiq və hesablanmış şəkildə idarə olunur. Varlıq 
aləmindəki məmurlar nə bir nəfər artıqdır, nə də bir nəfər əskik. 
İlahi elmə əsasən cəhənnəm və cəhənnəmdəkilərin idarə olunması üçün 19 mələk 
bəs edir. Bu rəqəm işçi götürərkən hədd gözləməyən müdirlər üçün yaxşı bir dərsdir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin