Bildirişlər 1. Namazda süstlük, yoxsullara infaq və təam verməkdən uzaqlıq, ömrün hədərə
verilməsi, insanı qiyamət günü şəfaətdən məhrum edən səbəblərdir.
2. Allah-taala qiyamət günü bəzi insanlara şəfaət icazəsi verər. Amma bir çoxları
şəfaətə nail ola bilməz.
3. Qiyamətdə çoxları şəfaət verə bilər: peyğəmbərlər, onların canişinləri, şəhidlər,
Quran ...
4. İlahi ayələri qəbul etməyən İslam müxaliflərinin heç bir dəlili yoxdur.
5. Haqdan üz çevirənlər ağıl və düşüncədən məhrumdur.
6. İnsanın Allahdan lazımsız şeylər istəməsi onun axmaqlığını göstərir.
7. Kafirlər təkəbbürlüdürlər və Allahdan xüsusi dəvətnamə gözləyirlər.
8. Yersiz istəklərə qəti cavab verin. (Allah möcüzələr və dəlillər göndərməklə
xəbərdarlığı başa çatdırıb, xüsusi naməyə ehtiyac yoxdur.)
9. Kafirlərin yersiz istəkləri bəhanədən başqa bir şey deyil.
10. Qiyamətə biganəlik peyğəmbərliyin inkarına səbəb olur.
11. İnsan əqidə seçimində azad buraxılıb.
12. İnsanların hidayəti üçün Quran münasib vasitədir. Amma bu ilahi nemətdən
bəhrələnmək üçün insan özü addım atmalıdır.
Ayə 56: َأ لًِإ َنوُرُكْذَی اَم َو﴿ ﴾ِة َرِفْغَمْلا ُلْهَأ َو ى َوْق تلا ُلْهَأ َوُه ُ اللّ ءاَشَی ن “Yalnız Allah istəsə öyüd alarlar. Budur təqvaya layiq, bağışlamağa layiq!” Bildirişlər 1. İnsan ixtiyar sahibi olsa da bu ixtiyar addım atmaq üçün bəs etmir. Allah
istəməyincə bir iş baş verməz.
2. Yalnız Allahın tövfiqi ilə insan öyüd alır.
3. İnadkar kafirlər heç vəchlə iman gətirmir. Yalnız Allah məcbur etsə iman
gətirərlər. Amma Allah belə bir iş görməz.
4. Yalnız Allahdan qorxmaq olar. Günaha yol verdikdə yalnız o bizi bağışlaya bilər.