Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə167/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   163   164   165   166   167   168   169   170   ...   317
NUR-TƏFSİRİ-12

deyilmi?!” 
 
1
“Hud”, 62 
2
Təfsiri-nurus-səqəleyn” 
3
“Mutəffifin”, 31 


165 
Nöqtələr 
 
◘Açılıb buraxılmış dəvə “suda” adlanır. 
◘Hazırkı surə qiyamətə andla başlayıb, Allahın qiyamətdə ölüləri diriltməyə qadir 
olduğunu vurğulamaqla başa çatır. 
◘Məadı inkar edənlər Allahı düzgün tanımamışlar. Əgər insan öldükdə onun əməl 
naməsi məhv olub gedərdisə, Allahın hikməti şübhə doğurardı. Hazırkı ayədə buyurulur 
ki, insan başına buraxılacağınımı zənn edir? Başqa bir ayədə belə buyurulur: “Yoxsa sizi 
boş yerə yaratdığımızı düşünürsünüz və bizə doğru qaytarılmayacaqsınız?” 
◘Hazırkı ayələrdə öncə qiyamətin bərpa fəlsəfəsi açıqlanır. Sonra bildirilir ki, Allah 
yenidən yaratmağa qadirdir. Əlbəttə ki, Allah-taala yenidən yaratmaqla bağlı qüdrətini 
peyğəmbərlərin simasında nümayiş etdirmişdir. Həzrət İsa üfürməklə gildən düzəldilmiş 
iki quşu cana gətirmişdir. Həzrət İbrahim əti tikə-tikə doğranıb səpələnmiş quşları 
çağırdıqda onlar yenidən cana gəlmişdir. Həzrət Musa Tur dağına 70 nəfərin müşayiəti 
ilə gəldi. Allah dağa təcalla edəndə həmin 70 nəfərin canı çıxdı. Amma Allah-taala onları 
yenidən diriltdi. 
Bildirişlər 
 
1. İnsanın məqsədsiz yaradıldığını və heç bir məsuliyyət daşımadığını düşünənlər 
ardıcıl şəkildə alçaldılmağa layiqdir. 
2. Allah hikmət sahibidir və insan məqsədli yaradılmışdır. Onun məsuliyyət və 
vəzifələri var. Demək, qarşıda sorğu-sual olasıdır. 
3. İnsanın bir çox hesabatları və ehtimalları batildir. Bəli, insan xəyalpərəstdir və 
peyğəmbərlərin göstərişi olmasa yolunu azar. 
4. İlkin yaranış növbəti yaranış imkanına dəlildir. 
5. Təkəbbürlülər bilməlidirlər ki, onlar zəif və puçdurlar. 
6. Allah-taala insanı kamil surətdə yaratmış, bu işdə heç bir nöqsana yol 
verməmişdir.
7. İnsanın yaranış mərhələlərinin mütaliəsi məadla tanışlıq yollarındandır. 
8. Kişi və qadın cinsi arasındakı tarazlıq Allahın qüdrət və hikmətini göstərir. 
9. Əgər qiyamət olmasaydı, insanın yaranışı mənasız sayılmalı idi. Allah isə hikmət 
sahibdir və mənasız iş görmür! 


166 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin