Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə171/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   167   168   169   170   171   172   173   174   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Ehsan və yaxşılıq Allaha şükr göstəricilərindəndir. 
2. Behişt içkilərinə ətirli maddələr qatılmışdır. 
3. Behişt nemətlərindən yalnız özünü bəndəlik mərhələsinə çatdıranlar fayadalanar. 
4. Allah bəndələrinin dünyadakı məhrumiyyətləri qiyamətdə ödənər. 
5. Peyğəmbər (s) Əhli-beyti (ə) məhrumlara yardıma görə “əbrar”, Allaha itaətinə 
görə “ibadullah” adlandırılmışdır. 
6. Allahın bəndələri xeyir əməllərə tələsir, xeyir əməl sahibləri Allaha bəndə olur. 
7. Behişt əhlinin istəkləri həyata keçir. 
Ayə 7, 8, 9, 10: 
 
 ىَلَع َماَع طلا َنوُمِعْطُی َو﴿﴾ااریِطَتْسُم ُهُّرَش َناَك اام ْوَی َنوُفاَخَی َو ِرْذ نلاِب َنوُفوُی﴿
 ُح
 ِهِ ب
 ِإ﴿﴾ااروُكُش َلً َو ءاَزَج ْمُكنِم ُدی ِرُن َلً ِ اللّ ِهْج َوِل ْمُكُمِعْطُن اَم نِإ﴿﴾ااریِسَأ َو اامیِتَی َو اانیِكْسِم
ُفاَخَن ا ن
﴾ا اری ِرَطْمَق ااسوُبَع اام ْوَی اَنِ ب ر نِم
 
“Onlar nəzrlərini yerinə yetirər, şəri hər yeri bürüyəcək gündən qorxarlar; 
sevdikləri təamı yoxsul, yetim və əsirə verərlər; (deyərlər) biz Allahın razılığı üçün 
sizə təam verir, sizdən əvəz və təşəkkür istəmirik; həqiqətən, biz Rəbbimizdən sərt 
və ağır günə görə qorxuruq.” 
 
Nöqtələr 
 


170 
◘”Musəytir” sözü hakim olmaq mənasını bildirən “səytərə” sözündəndir. Bu söz 
əhatə mənasını ifadə edən “təyr” kökündəndir. 
◘”Qəmtərir” dedikdə ağır bir şər nəzərdə tutulur. 
◘Rəvayətlərə əsasən miskin, yetim və əsirə təam verilməsi bi gecədə baş vermiş 
hadisələrdir. Bəzi rəvayətlərdə isə bu hadisələrin üç gecədə baş verdiyi bildirilir. 
◘”Yutimunəl-təamə əla hubbihi” dedikdə nəzərdə tutulur ki, Əhli-beyt (ə) həmin 
təamı sevdiyi halda başqalarına verdi. Bu nöqtə Quranda da vurğulanır. Bildirilir ki, 
sevdiyiniz şeylərdən infaq etməyincə yaxşılığa müvəffəq olmazsınız.”
1
“Əl mizan” təfsirinin müəllifi buyurur: “Ayədə Allahın razılığına görə təam verildiyi 
bildirilir. Bu nöqtə Əhli-beytin (ə) Allaha məhəbbətindən danışır. Onların sevdikləri 
şeydən verməsi isə ixlasdan əlavə isardan söz açır. 
◘Əgər ad-san və şöhrət sorağında olmasanız, Allah sizin adınızı əbədiləşdirər. Əhli-
beytin (ə) gördüyü xeyir iş maddi baxımdan bir o qədər də əhəmiyyətli deyil. Amma bu iş 
xalis niyyətlə, səmimi şəkildə görüldüyü üçün Allah onu yaddaşlara yazdı.
◘Hazırkı ayədə miskin, yetim və əsir sözləri qeyri-müəyyən şəkildə işlədilir. Yəni 
təam verərkən seçim aparmadan hər kəsə infaq etmək lazımdır. 
◘Pərvin Etisami infaqda ixlas haqqında deyir:
Bir şəxs yolda dirhəm verib miskinə, 
Söylədi ki dua edərsən mənə. 
Hal əhli görüb çağırdı: ey ağa, 
Verdiyin pul dəfn olundu torpağa. 
 
İtaətdə çıxar özünü yaddan 
Qəlb kor olur riya görünən zaman. 
Allah üçün yaxşılıq et miskinə, 
O yaxşılıq özü duaçı sənə. 
 
Pərvin, yadda saxla bir şey verəm an 
Qəlbində olmalı ancaq yaradan. 
 
◘Allah qorxusu dedikdə Allahın məqamı, əzəməti qarşısında qorxu nəzərdə tutulur.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin