Nur təFSİRİ


Ayə 11:  ٱ َدنِع اَم ْلُق اامِئآَق َكوُكَرَت َو اَهْیَلِإ ْاوُّضَفنٱ ااوْهَل ْوَأ اة َراَجِت ا ْوَأَر اَذِإ َو﴿



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə18/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   14   15   16   17   18   19   20   21   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 11: 
ٱ َدنِع اَم ْلُق اامِئآَق َكوُكَرَت َو اَهْیَلِإ ْاوُّضَفنٱ ااوْهَل ْوَأ اة َراَجِت ا ْوَأَر اَذِإ َو﴿
 ِﷲ
للٱ َن ِ م ٌرْیَخ
 ِوْه
ٱ َو ِة َراَجِ تلٱ َنِم َو
ُﷲ
 
﴾َنیِق ِزا رلٱ ُرْیَخ
 
“Alış-veriş və ya əyləncə görəndə səni ayaq üstə qoyub (ətrafından) dağılışdılar, 
oraya üz tutdular. Onlara de ki, Allahın yanında olan (fəzl və bərəkət) əyləncə və 
alış-verişdən üstündür. Allah ruzi verənlərin ən üstünüdür.” 
 
Nöqtələr 
 
◘Təfsirlərdə bildirilir ki, İslam peyğəmbəri (s) cümə namazı xütbəsi oxuduğu vaxt 
Mədinəyə ticarət karvanı daxil oldu. Namaz qılanların bir çoxu Peyğəmbəri (s) tənha 
qoyub karvana doğru qaçdılar. Hazırkı ayə nazil oldu və cümə namazını qoyub qaçanlar 
məzəmmət edildi. 
◘Ayədə xütbə və namazın tərk olunması yox, Peyğəmbərin (s) tənha buraxılması 
məzəmmət edilir. Bəli, səmavi rəhbərə etinasızlıq xütbə və namaza etinasızlıqdan daha 
ağırdır. 
◘Surənin başlanğıcında İslam peyğəmbərinin (s) besətindən danışıldı, sonunda 
Peyğəmbəri (s) tənha qoyanlar məzəmmət edildi. Bütün bunlar möminlərə xəbərdarlıqdır. 
Bildirişlər 
 
1. Quran alış-verişdə hərislik və təqvasızlığı məzəmmət edir. 
2. İnsan ya maddiyyat ya da nəfs istəkləri səbəbindən Allah zikrindən uzaq düşür. 
3. Cümə namazının xətibi ayaq üstə xütbə oxumalıdır. 
4. İlahi rəhbərin ətrafını seyrəldən istənilən bir iş məzəmmət edilir. 
5. İnsanların meylləri bəzən yanlış olur. 
6. Cümə namazının iki xütbəsi namazdan sayılır və onları dinləmək lazımdır. 
7. Təbliğdə maddi məsələləri inkar etməyin, sadəcə mənəviyyatın üstünlüyünü 
bildirin. 
8. Dəyərləndirmə meyarı ötəri ləzzət yox, xoşaqibətdir. 
9. Ruzi qazanmaq bəhanəsi ilə ibadəti tərk etməyin. Öncə ibadət edin, sonra ticarətə 
başlayın. Ruzi Allahın əlindədir. 
10. Ruzi qazanmağın yolu təkcə ticarət deyil. Əgər Allah istəsə sizə başqa yollarla 
ruzi verər. 
11. Allah cümə namazına gələnlərin ruzisinə zamindir. 


24 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin