184
◘Həzrət Peyğəmbər (s) səqif qəbiləsinə namaz qılmaq göstərişi verdi. Onlar dedilər:
“Biz kimsənin qabağında əyilmərik.” Həzrət (s) buyurdu: “Rüku
və səcdəsi olmayan
dində fayda yoxdur.”
1
◘Məkkənin fəthindən sonra həzrət Peyğəmbər (s) Müaviyənin anası, Əbu Süfyanın
arvadından soruşdu: “İslamı necə görürsən?” Həmin qadın dedi: “Üç şey olmasaydı İslam
yaxşı idi: hicab, Bilalın azanı, rüku və səcdələr.” Peyğəmbər (s) buyurdu: “Amma hicab
ən üstün örtükdür, rüku
və səcdəsiz namaz namaz deyil, Bilal da ən üstün bəndədir!”
2
◘”Hədis” dedikdə yeni söz, əvəllər oxşarı görünməmiş kəlam nəzərdə tutulur.
◘Həzrət İbrahim Kəbə binasını yeniləşdirdikdən
sonra Allahdan istədi ki, yalnız
iman əhlinə ruzi versin. Allah buyurdu: “Mən dünyada kafirlərə də ruzi verərəm. Amma
qiyamət dünyadan ayrıdır.”
3
◘Rüku namazın rüknlərindən (əsaslarından), onun xüsusi əlamətlərindəndir. İnsan
namazdan əlavə vaxtlarda da səcdə edə bilər. Məsələn, səcdə şükrü üçün səcdəyə gedə
bilər. Amma rüku yalnız namazda həyata keçir. Bu səbəbdən də namazla bağlı “rəkət”
sözü işlədilir.
Dostları ilə paylaş: