Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə190/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   186   187   188   189   190   191   192   193   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Dünya özü qiyamət üçün bir müqəddimədir. Dünyadakı nemətlər boş yerə 
yaradılmayıb, sonda sorğu var. 
1
“Təfsirul-mizan” 
2
“Təfsiri-nurus-səqəleyn” 


188 
2. Qiyamətin vaxtı öncədən Allaha məlumdur. 
3. Qiyamətin də nizamı var. 
4. Qiyamətdə göylərin və yerin nizamı pozular. 
5. İnsanın həyatı ölümlə başa çatmır. 
6. Dünya bağlılıqları və rabitələr sizi sevindirməsin. Bu rabitələr bir gün tamamilə 
qırılasıdır. 
7. Yer və göy, onlar arasındakı rabitələr qiyamət günü öz halını dəyişər. 
Ayə 21, 22, 23, 24, 25, 26, 27, 29, 30: 
 َهیِف َنوُقوُذَی لً﴿﴾ااباَقْحَأ اَهیِف َنیِثِب َلً﴿﴾اابآَم َنیِغا طْلِل﴿﴾ااداَص ْرِم ْتَناَك َم نَهَج نِإ﴿
 ااد ْرَب ا
سَغ َو اامیِمَح لًِإ﴿﴾ااباَرَش َلً َو
 ِب اوُب ذَك َو﴿﴾ااباَس ِح َنوُج ْرَی َلً اوُناَك ْمُه نِإ﴿﴾ااقاَفِو ءاَزَج﴿﴾ااقا
 اَنِتاَیآ
﴾ااباَذَع لًِإ ْمُكَدی ِز ن نَلَف اوُقوُذَف﴿﴾ااباَتِك ُهاَنْیَصْحَأ ٍء ْيَش لُك َو﴿﴾اابا ذِك
 
“Həqiqətən, cəhənnəm bir pusqudur; o azğınlar üçün qayıdış yeridir; uzun 
müddət orada qalarlar; cəhənnəmdə nə sərinlik görər, nə də içməyə bir şey 
taparlar; tapdıqları yalnız qaynar su, çirkab olar; bu onların günahı müqabilində 
münasib cəzadır; hesab gününə ümid və inamı olmayan onlar idi; bizim ayələrimizi 
qətiyyətlə təkzib edirdilər; kitabımızda hər şeyin hesabı vardı; indi dadın, sizin 
üçün əzabdan başqa bir şey artırmarıq.” 
 
Nöqtələr 
 
◘”Mirsad” dedikdə pusqu, “tağin” dedikdə günahda həddi aşmaq mənaları nəzərdə 
tutulur. 
◘”Məad” sözü dönüş yeri mənasını bildirir. İnsan bu yeri öz əməlləri ilə 
qazandığından o “məad” adlanır. 
◘”Huqb” sözündən olan “əhqab” sözü uzun zaman mənasını bildirir. 
◘Rəvayətlərdə bildirilir ki, əhqab huqbın cəmidir. Hər huqb isə 60 ildir. Bəziləri bir 
huqbun 80 il olduğunu bildirir. Bu ilin hər günü dünyadakı min il kimidir.
1
◘”Həmim” dedikdə qaynaq su, “ğəssaq” dedikdə yaradan axan çirkli su mənaları 
nəzərdə tutulur. 
◘Olsun ki ayədə cəhənnəmin hamı üçün pusqu olduğu nəzərdə tutulmuşdur. Amma 
təqvalılar həmin pusqudan ötüb keçər, günahkarlar ilişib qalar. 
◘İlahi ədalətə əsasən cəzalar insanın əqidəsi müqabilində təyin olunur. Əgər əzab 
çoxdursa, bunun səbəbi həddi aşmış küfrdür. Peyğəmbərlərin hər dəvəti kafirlərin 
müxalifətini artırır. Allah da onların əzabını ağırlaşdırır. 
◘Cəhənnəmdə sərinlik əvəzinə dözülməz isti, gözəl şərbətlər əvəzinə irinlə çirkab 
var. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin