195
◘Allahla söhbət yeri pak və müqəddəs olmalıdır.
1
Bildirişlər
1. Söhbətə sualla başlamaq dinləyicinin marağını gücləndirir.
2. Keçmiş peyğəmbərlərin əhvalatlarının nəqli sonrakı peyğəmbərlərin ruhiyyəsini
gücləndirir.
3. İlahi rəhbərlər azğın rəhbərlərlə mübarizədən öncə Allahla rabitələeini
möhkəmləndirirlər.
4. Yer üzündə bəzi ərazilərin xüsusi hörməti və müqəddəsliyi var.
5. Peyğəmbərlər zalım hakimlərlə mübarizənin rəhbərləridirlər.
6. Nəhy əz munkər zamanı pisliklərin kökünü axtarın.
7. Hətta Fironun da hidayətindən ümidinizi üzməyin. Haqqı bəyan edib xəbərdarlığı
başa çatdırın.
8. Nəhu əz munkərdə, insanları pis işlərdən çəkindirərkən hətta zalım hakimlərlə
aram danışın.
9. Suallar ünvanlamaqla fitrətləri oyadın.
10. Təbliğdə mülayim danışmağın zəruriliyini unutmayın.
11. Peyğəmbərlərin dəvətində əsas məqsəd insanların paklanmasıdır.
12. İnsanların dəvət və təbliğində hamının bəyənib qəbul edəcəyi sözlərdən istifadə
edin.
13. İnsanların paklanmağa meyli olmasa peyğəmbərlərin təlaşları əbəsdir.
14. Peyğəmbərlər zalım hakimlərlə mübarizədə öncə öyüd-nəsihətə yer verir.
15. Allah qorxusu hidayətin qəbulu nişanəsidir.
16. Peyğəmbərlər insanları özlərinə tərəf yox, Allaha doğru çağırmışlar.
17. Azğın yolda Allah qorxusu və paklıq yoxdur.
18. İnsanın əxlaqi baxımdan pak olmaması azğınlığın köküdür.
19. Fərdlərin islahı onların istək və iradələrindən asılıdır.
Dostları ilə paylaş: