196
◘”Nəkal” elə bir cəzadır ki, onu görən uzaq qalmaq istəyir. Axirət cəzası barədə
eşidən şəxs insanı bu cəzaya düçar edən günahlardan çəkinməyə çalışır. Bu səbəbdən də
axirət əzabı “nəkal” adlandırılmışdır.
1
Bildirişlər
1. Firon kimiləri üçün ən böyük möcüzələr göstərilməlidir.
2. Zalım hakimlər öz hakimiyyətlərini qorumaq üçün azğın insanlardan
faydalanırlar.
3. Peyğəmbərlik iddiası və ətrafdakıların təslimçiliyi üçün möcüzəyə ehtiyac var.
4. Təkəbbürlü insanlara ən böyük möcüzələr də təsir etmir.
5. Peyğəmbərlərin möcüzələri bir-birindən fərqlənir.
6. Peyğəmbərlərin təkzibində məqsəd insanın günaha marağı, qeyd-şərtlərdən azad
olmaq istəməsidir.
7. Bir başa söhbət gücü olmayan, dəlillər göstərməkdə aciz olan şəxslər pərdə
arxasında çalışır.
8. Görüntü yaratmaq, boş şuarlar və hay küyçülük Fironçuların alətidir.
9. İnsanlarda allahpərəstlik fitrəti var. Zalım hakimlər bu fitrəti özlərinə doğru
yönəltməyə çalışır.
10. Təkəbbürlü hakimlər bir gün diz çökəsidir.
11. Tarix əyləncə yox, ibrət vasitəsidir.
12. Tarixin ibrətamiz dönəmlərini nəql edin.
13. İbrət götürüləsi hadisə çoxdur. İbrət üçün ruhi hazırlığa ehtiyac var.
Dostları ilə paylaş: