4
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və
onun məsum Əhli-beytinə!
Ön söz
Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-
xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə
bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə
qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik.
Həmin vaxt eşitdim ki, Ayətullah Məkarim Şirazi bir qrup alimlə təfsir yazmaq
qərarına gəlib. O mənim təfsir yazılarımı görüb bəyəndi və mən də onlara qoşuldum.
İyirmi yeddi cildlik “Təfsiri-nümunə”nin başa çatması on beş il çəkdi. Həmin təfsir
indiyədək dəfələrlə çap olunmuş və başqa dillərə tərcümə edilmişdir. “Təfsiri-
nümunə”nin təqribən yarısı yazılıb tamamlandığı vaxt imam Xomeyninin (r) rəhbərliyi
ilə İslam inqilabı qələbə çaldı. Elə həmin ilk günlərdə mərhum Əllamə Şəhid
Mütəhhərinin göstərişi ilə televiziyaya getdim. Artıq iyirmi yeddi ilə yaxındır ki, hər
cümə axşamı İran İslam Respublikasının televiziyasında “Quran dərsləri” adı altında
proqramda çalışıram.
“Təfsiri-nümunə” başa çatanadək həmin heyətlə həmkarlıq etdim. Amma bu arada
belə bir fikrə düşdüm ki, radioda hamının anlaya biləcəyi bir səviyyədə təfsir dərslərinə
başlayım. Bu məqsədlə “Təfsiri-nümunə”dən əlavə, başqa on təfsirdən də qeydlər
götürdüm. Artıq səkkiz ildir ki, həftədə bir gün, eləcə də, ramazan ayında hər gün
“Ayineye vəhy” adı altında radio verilişləri yayımlanır.
Dəfələrlə təklif edildi ki, radiodan danışdıqlarımı kitab şəklində nəşr etdirim. Öz
yazılarımdan bir neçə cüzünü Ayətullah hacı Seyyid Mehdi Ruhani, Ayətullah Misbah
Yəzdi üçün oxudum və öz təfsir üslubuma daha çox əmin oldum. Qeydlərimi tərtib üçün
höccətül-islam Məhəmmədi və höccətül-islam Mühəddisiyə təqdim etdim. Məcmuə hazır
olduqdan sonra onu Qumun “Dər-rahe həqq” müəssisəsinə verdim ki, Ayətullah
Ustadinin nəzarəti altında çap olunub, maraqlananların ixtiyarına verilsin.
Dostları ilə paylaş: