Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə200/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   196   197   198   199   200   201   202   203   ...   317
NUR-TƏFSİRİ-12

“ƏBƏSƏ” SURƏSİ 
 
(80-CI SURƏ; 42 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“ƏBƏSƏ” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 42 ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Əbəsə” dedikdə “qaşqabağını 
tökdü” mənası nəzərdə tutulur. 
Surənin başlanğıc ayələri kor bir şəxslə rəftar münasibəti ilə nazil olmuşdur. Amma 
başqa Məkkə surələri kimi bu surənin də əsas mövzusu məad, qiyamət hadisələri, 
möminlərin və kafirlərin həmin günkü aqibətidir. 
Surənin bəzi ayələrində ilahi nemətlər insanın bu nemətlər müqabilində nankorluğu 
bəyan olunur. 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10: 
 َْلْا ُهءاَج نَأ﴿﴾ى ل َوَت َو َسَبَع﴿
 ُهَعَفنَتَف ُر ك ذَی ْوَأ﴿﴾ى ك زَی ُه لَعَل َكی ِرْدُی اَم َو﴿﴾ىَمْع
َكءاَج نَم ا مَأ َو﴿﴾ى ك زَی لًَأ َكْیَلَع اَم َو﴿﴾ى دَصَت ُهَل َتنَأََف﴿﴾ىَنْغَتْسا ِنَم ا مَأ﴿﴾ىَرْكِ ذلا
﴾ى هَلَت ُهْنَع َتنَأََف﴿﴾ىَشْخَی َوُه َو﴿﴾ىَعْسَی
 
“Qaşqabağını töküb üz çevirdi; görüşünə bir korun gəlməsi səbəbindən; nə 
bilirsən, bəlkə o paklanıb təmizlənəcək! Öyüd götürəcək və bu öyüd ona xeyirli 
olacaq; amma özünü ehtiyacsız sayan da var; sən onunla məşğul olursan; hansı ki 
paklanmasa sənlik bir iş yoxdur; amma tələsik sənin yanına gələn kəs Allahdan 
qorxduğu halda ona arxa çevirərsən.” 
 
Nöqtələr 
 
◘Sünnə əhlindən nəql olunmuş rəvayətlərə əsasən Abdullah ibn Ümm Məktum adlı 
kor bir şəxs Peyğəmbərin (s) məclisinə daxil oldu. Həmin vaxt Peyğəmbər (s) Qüreyş 
başçıları ilə, Əbu Cəhl və Ütbə kimi şəxslərlə danışıb onları İslama dəvət edirdi. Məclisə 
daxil olan kor şəxs oradakıları görmədiyindən ardıcıl şəkildə Peyğəmbərdən (s) Quran 
oxumasını istəyirdi. O bu yolla Quranı əzbərləmək fikrində idi. Həmin vaxt Peyğəmbərin 
(s) çöhrəsində narahatlıq göründü. Bu məqamda “Əbəsə” surəsinin ilk ayələri nazil oldu 
və Peyğəmbər (s) bu münasibətinə görə qınandı. 
Haqqında danışılan ayələrdə Peyğəmbərə müraciət olunmasının aydın dəlilləri 
yoxdur. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, koru görüb qaşqabağını 
tökən şəxs Bəni-Üməyyədən olmuşdur.
1
1
“Təfsirul-mizan” 


200 
◘Mərhum Seyid Mürtəza “Mütəşabehul Quran” kitabında sünnə əhlinin hazırkı 
rəvayətini rədd edir və bu müddəasında Quranın digər ayələrini dəlil göstərir. Bildirir ki, 
Allah-taala Peyğəmbərin gözəl əxlaq sahibi olduğunu vurğulayır.
1
Ayədə Peyğəmbərə (s) 
gözəl əxlaq sahibi olduğu, möminlər qarşısında təvazö göstərdiyi bəyan olunur.
2
Digər 
bir tərəfdən, Peyğəmbərdə (s) belə bir xasiyyət olsaydı, İslamın təbliğində müvəffəqiyyət 
əldə edə bilməzdi. Allah öz Peyğəmbərinə (s) buyurur ki, əgər sən tünd xasiyyətli 
olsaydın, insanlar ətrafından dağılardı.
3
◘Surənin 10 ayəsində kora göstərilən münasibətin pislənilməsindən məlum olur ki, 
İslam dini məhrum təbəqə ilə rəftara həssas yanaşır. 
◘”Mən istəğna” dedikdə ya insanın özünü üstün tutması ilə nəticələnən maddi 
ehtiyacsızlıq, ya da nəsihətdən ehtiyacsızlıq nəzərdə tutulur. Hər iki mənanın da nəzərdə 
tutulması mümkündür. Yəni bir şəxs varlı olduğundan qürrələnir və başqalarının haqq 
sözünü dinləmir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin