və xeyirxah səfirlərin!” Nöqtələr ◘”Suhuf” sözü yazılmış kağız, məktub mənası bildirən “səhifə” sözünün cəm
formasıdır. “Səfərə” dedikdə katiblər mənası anlaşılır. “Əsfar” kitab mənası bildirən
“Sifr” sözünün cəm forması olduğu kimi, “səfərə” də “safir” sözünün cəmidir. “Bərərə”
dedikdə xeyir əməl sahibləri mənası nəzərdə tutulur.
1
◘”Səfərə” dedikdə vəhy gətirən səfirlər, elçilər nəzərdə tutulur. Hazırda vəhyi
peyğəmbərlərə çatdıran mələklərə işarə olunur. Bu mələklər Cəbrailin köməkçiləridir və
ona tabedirlər.
2
Bildirişlər 1. Quran ayələri öyüd-nəsihət, bəşər fitrətinin oyanış amilidir.
2. Quranın məqam və mərtəbəsi azğınlar, təhrifçilər üçün əl çatmazdır.
3. Quranı hündür yerdə saxlamaq lazımdır.
4. Quran istənilən bir bulaşıqlıqdan hifz edilməlidir.
5.Quranın dəvətində ikrah və məcburiyyət yoxdur. İnsan öz istəyi ilə onu qəbul edə
bilər.
6. Allahın uca tutduğunu biz də uca tutmalıyıq.
7. Qurani-kərimi uca məqamlı mələklər Peyğəmbərə (s) çatdırır. (Həm Quranı
göndərən Allah, həm Quran özü, həm onu gətirənlər, həm də onun nazil edildiyi kəs
ucadır.)
Ayə 17, 18, 19, 20, 21, 22, 23: یِب سلا مُث﴿﴾ُهَر دَقَف ُهَقَلَخ ٍةَفْطُّن نِم﴿﴾ُهَقَلَخ ٍء ْيَش ِ يَأ ْنِم﴿﴾ُهَرَفْكَأ اَم ُناَسنِ ْلْا َلِتُق﴿ َل ُهَتاَمَأ مُث﴿﴾ُهَر سَی ﴾ُه َرَمَأ اَم ِضْقَی ا مَل لاَك﴿﴾ُه َرَشنَأ ءاَش اَذِإ مُث﴿﴾ُهَرَبْقَأََف “Ölüm olsun (azğın) insana, necə də nankordur! Allah onu nədən yaratdı? Dəyərsiz nütfədən yaradıb qaydaya saldı; sonra (səadətə aparan) yolu onun üçün asanlaşdırdı, hazırladı; sonra öldürüb qəbirə qoydu; istədiyi vaxt onu ayağa qaldırar; xeyir, insan hələ ki Allahın ona buyurduğunu yerinə yetirməmişdir.” Nöqtələr ◘Ölülərin dəfnini insana Allah öyrətmişdir. “Maidə” surəsinin 31-ci ayəsində
buyurulur ki, Qabil qardaşı Habilin cəsədi üçün bir yer tapmadıqda Allah bir qarğa
göndərdi, Qabil qarğaya baxıb cəsədi dəfn etməyi öyrəndi.