202
1. Kafir və nankor insan Allah tərəfindən lənətlənir.
2. Təbliğdə kimlərləsə sərt danışmaq lazım gəlir.
3. Küfr və lovğalıqdan əl çəkmək üçün nütfədən yarandığınızı yada salın.
4. İnsan təsadüfən yaranmayıb, onun yaranışı hesab-kitablı, ölçü-biçilidir.
5. Varlıq aləminin yaranışı Allahın qüdrət, nizam və hikmət sahibi olduğunu
göstərir.
6. Haqq yol asan olduğu halda nə üçün bəziləri bu yoldan çıxır?
7. Allah təkamül yolunu asanlaşdırmaqla xəbərdarlığı başa çatdırmış, höccəti
tamamlamışdır.
8. İnsanın bir çox istedadları haqq yolu getməklə kamilləşir.
9. Ölüm və qəbiri görən insan nə üçüsn inadkarlıq göstərir?
10. Bütün işlər Allahın ixtiyarındadır.
11. Məad cismanidir. Yəni qəbrə qoyulan cəsəd ayağa qaldırılar.
12. Yol açıq, hərəkət asan olsa da, bəziləri yoldan çıxır.
13. Tövhid, nübüvvət və məad mövzuları yanaşı şəkildə bəyan olunur.
14. Qiyamət vaxtı yalnız Allaha məlumdur.
15. İnsan əvvəldən axıradək Allahın tədbirlərinə tabedir, onun əlindədir.
Ayə 24, 25, 26, 27, 28, 29, 30, 31, 32:
ًّقَش َض ْرَ ْلْا اَنْقَقَش مُث﴿﴾اًّبَص ءاَمْلا اَنْبَبَص ا نَأ﴿﴾ِهِماَعَط ىَلِإ ُناَسنِ ْلْا ِرُظنَیْلَف﴿
اَنْتَبنَأََف﴿﴾ا
َو﴿﴾اابْضَق َو اابَنِع َو﴿﴾اًّبَح اَهیِف
ُك ل ااعاَت م﴿﴾اًّبَأ َو اةَهِكاَف َو﴿﴾اابْلُغ َقِئاَدَح َو﴿﴾ الاْخَن َو اانوُتْیَز
ْم
﴾ْمُكِماَعْنَ ِلْ َو
“İnsan öz qidasına baxsın; suyu lazım olduğu kimi (səmadan) endirdik; sonra
yeri yaxşıca parçaladıq; onda toxum cücərtdik; həm də üzüm, göyərti; zeytun,
xurma; sıx ağaclı bağlar, meyvə və otlar; onlar sizin və heyvanlarınızın
bəhrələnməsi üçündür.”
Dostları ilə paylaş: