Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə204/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   200   201   202   203   204   205   206   207   ...   317
NUR-TƏFSİRİ-12

 
Nöqtələr 
 
◘”Səbb” dedikdə suyu yuxarıdan aşağıya axıtmaq mənası nəzərdə tutulur. Bu söz 
yağışın səmadan, suyun şəlalələrdən tökülməsinə işarədir. 
◘”Qəzb” sözü yenicə yığılmış və xırdalanmış göy mənasını ifadə edir. Heyvanlar 
üçün yığılan ot və yonca da bu qəbildəndir. 
◘”Şəqəqnəl-ərz” dedikdə torpağın yenicə cücərmiş toxumun gövdəsi ilə 
parçalanması nəzərdə tutulur. Bəli, toxun inkişaf edib torpağı yarır və öz təkamülünü 
davam etdirir. 
◘”Həbbən” sözü buğda, arpa, noxud, mərci kimi dənli bitkilər mənasını ifadə edir. 
◘”Hədaiq” sözü bağ-bağça mənası bildirən “hədiqə” sözünün cəm formasıdır. Bu 
qəbil bağların ətrafına hasar çəkilir. Böyük və canlı ağac “ğəlba” adlanır. “Ğulb” sözü 
“ğəlba” sözünün cəm formasıdır. 
◘İnsan öz qidalarına diqqətli olmalı, onların halal-haramlığına baxmalı, başqalarının 
imkanlarını nəzərə almalı, qidalardan aldığı enerjini düzgün sərf etməlidir. İnsan bu 
qidaların necə hazır olduğu barədə düşünməlidir. İmam Baqir (ə) 24-cü ayədəki “təam” 


203 
sözünün mənəvi təama aid olduğunu əsas götürərək buyurur: “İnsan kimdən elm 
öyrəndiyinə diqqətli olmalıdır.”
1
Bildirişlər 
 
1. İnsana ilahi nemətlərdən biri olan qida haqqında düşünmək əmr edilir. 
Düşüncəsizlik heyvana xas xüsusiyyətdir. 
2. Əgər dəyərləndirmədə mənəvi meyarlar əsas götürülməsə, maddi nemətlərdən 
faydalanan insanla heyvan eyni cərgədə dayanmalıdır. 
3. Nemətlərin ərsəyə gəlməsinə diqqət küfrü aradan qaldıran amillərdəndir. 
4. Varlıq aləmi allahşünaslıq məktəbidir. İnsanın daxilində də, xaricində də təkamül 
prosesi gedir. 
5. Yağışın yağması, müxtəlif bitki və ağacların cücərməsi məqsədlidir. İnsanlar və 
heyvanlar üçün qida nəzərdə tutulması ilahi hikmətlərdəndir. 
6. Üzüm, zeytun və xurma Quranın tövsiyə etdiyi meyvələrdəndir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin