205
“TƏKVİR” SURƏSİ
(81-Cİ SURƏ; 29 AYƏ)
OTUZUNCU CÜZ
“TƏKVİR” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 29 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən
götürülmüşdür. “Təkvir” dedikdə bir-birinə sarınma, qaralma mənaları nəzərdə tutulur.
Surənin məzmunundan aydın olur ki, o besət illərində nazil olmuşdur.
Çünki
Peyğəmbər (s) besətin ilk illərində divanəlikdə itdiham edilirdi. Bu surə də “Qələm”
surəsi kimi besətin əvvələrində nazil olmuşdur və Peyğəmbərə (s) yönəlmiş itdihamlara
cavab verir.
1
Surənin əvvəllərində qiyamət üçün müqəddimə olan hadisələrdən danışılır. Növbəti
ayələrdə Quranın uca məqamı, onun insan ruhuna müstəsna təsiri bəyan olunur.
Rəvayətlərdə
bildirilir ki, bu surəni tilavət etməyin bir çox fəzilətləri var, o
cümlədən, onun tilavəti insanı qəflət yuxusundan oyadır.
2
Dostları ilə paylaş: