Bildirişlər 1. Günəşin, ulduzların, dağların, dənizlərin, torpağın nizamı qiyamət günü
pozulasıdır.
2. Varlıq aləmi Allahın iradəsinə tabedir. Allah istəsə varlıq nizamını pozar.
3. Olsun ki, qiyamətdə vəhşi heyvanlar da vəhşi heyvanlar da ayağa qaldırılacaq.
Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14: ٍبنَذ ِ يَأَِب﴿﴾ ْتَلِئُس ُةَدوُؤ ْوَمْلا اَذِإ َو﴿﴾ ْتَجِ وُز ُسوُفُّنلا اَذِإ َو﴿﴾ ْتَر ِ جُس ُراَحِبْلا اَذِإ َو﴿ ُءاَم سلا اَذِإ َو﴿﴾ ْت َرِشُن ُفُحُّصلا اَذِإ َو﴿﴾ ْتَلِتُق ُمی ِحَجْلا اَذِإ َو﴿﴾ ْتَطِشُك ُة نَجْلا اَذِإ َو﴿﴾ ْت َرِ عُس ﴾ ْت َرَضْحَأ ا م ٌسْفَن ْتَمِلَع﴿﴾ ْتَفِل ْزُأ “O zaman ki, dənizlər cuşa gələr; o zaman ki, ruhlar yaxınlaşıb qovuşar; o zaman ki, diri-diri torpağa bastırılmış qızdan “hansı günahına görə öldürüldün” deyə soruşular; o zaman ki, əməl namələri açılar; o zaman ki, səma yerindən qopar; o zaman ki, cəhənnəm şölələnər; o zaman ki behişt (öz əhlinə) yaxınlaşdırılar; hamı nə hazırladığını bilsin.” Nöqtələr ◘”Succirət” sözü bir neçə şəkildə mənalandırıla bilər: cuşa gəlmək, bir-birinə
qatılmaq, dolub-daşmaq. Bütün bu hallar dəniz üçün təbiidir. Bir tərəfdən dağlar yerindən
qopar və dənizlər bir-birinə qatılar, digər tərəfdən yer titrəyər, köksündəkiləri bayıra
çıxarar, sular qaynayıb buxara dönər.
◘Qiyamətdə behişt huriləri behişt əhli ilə izdivac edər. Başqa ayələrdə cəhənnəm
əhlinin şeytansifət yaxınları ilə izdivac edəcəyi bildirilir.
2
İmam Baqir (ə) 7-ci ayə ilə
bağlı buyurur: “İman əhli behişt zövcələri, cəhənnəm əhli şeytanlara yaxınlaşar.”
3
◘Diri-diri torpağa badırılmış qız “məvudə” adlanır. Cahiliyyət dövrünün ən vəhşi
adətlərindən biri yoxsulluq və həqarət hissi səbəbindən qızların diri-diri basdırılması idi.
◘Valideyn övlad üzərində tam hakimiyyətə malik deyil. Onlar övladdan yaşamaq
haqqı kimi təbii bir haqqı ala bilməzlər. Ata deyə bilməz ki, övlad mənimdir, istədiyimi
edərəm. Eləcə də, ana bətnindəki övladın həyatına qəsd edə bilməz.