Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə211/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   207   208   209   210   211   212   213   214   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 26, 27, 28, 29: 
 َشَت اَم َو﴿﴾َمیِقَتْسَی نَأ ْمُكنِم ءاَش نَمِل﴿﴾َنیِمَلاَعْلِ ل ٌرْكِذ لًِإ َوُه ْنِإ﴿﴾َنوُبَهْذَت َنْیَأََف﴿
َنوُءآ
﴾ َنی ِمَلاَعْلٱ ُّب َر ُ لِلّٱ َءآَشَی نَأ لًِإ
 
“Bəs haraya gedirsiniz? O (Quran) aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey 
deyil; sizlərdən hər kəs istəsə doğru-düzgün yolu tutsun; aləmlərin Rəbbi olan Allah 
istəməsə, siz istəyə bilməzsiniz.” 
 
Bildirişlər 
 
1
“Nəcm”, 13 


209 
1. Məqsədsiz, məktəbsiz insan yoxdur. Hətta kafirlər və müşriklərin də öz yolu var. 
Əsas məsələ düzgün yol seçməkdir. 
2. Öyüd-nəsihət üçün Quran ən üstün vasitədir. 
3. Quran bütün aləmlər üçün nəzərdə tutulub. Onun üçün zaman, məkan, milliyyət 
məhdudiyyəti yoxdur. 
4. Təbliğdə öyüd-nəsihət zəruridir. Amma bu işdə məcburiyyətə yer yoxdur. 
5. Doğru yola yönəlmə və bu yolda sabitqədəmlik insanın öz istək və iradəsindən 
asılıdır. 
6. Quranın yolu doğru-düzgün yoldur. Bu yol istənilən bir ifrat və təfritdən uzaqdır. 
7. İstəklərimiz Allahın istəkləri çərçivəsindədir. Əgər Allah məcbur etsəydi, istəkdən 
danışmağa dəyməzdi. 
8. İnsan həm iradə sahibidir. Həm də özbaşına deyil. 
9. Allahın istəkləri onun rübubiyyətinə əsaslanır. 
10. Allah aləmlərin Rəbbi, tərbiyəçisidir. O bütün işlərə hakimdir. Demək, insanın 
istəklərinin həyata keçməsi Allahın istəklərindən asılıdır. 


210 
“İNFİTAR” SURƏSİ 
 
(82-Cİ SURƏ; 19 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“İNFİTAR” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 19 aydən ibarətdir. 
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “İnfitar” dedikdə səmanın 
parçalanması nəzərdə tutulur. 
Digər Məkkə surələri kimi bu surənin də əsas mövzusu qiyamət, insanların 
qiyamətdəki ağır halıdır. Surədə dünyanın sonunda, qiyamət astanasında baş verəcək 
əzəmətli hadisələrdən danışılır, insanların əməl naməsini yazan mələklərə işarə edilir, 
yaxşı və pis insanların aqibəti yada salınır, qiyamət gününün müxtəlif problemləri qeyd 
edilir. 
Vacib və müstəhəb namazlarda bu surəni oxumağın bir sıra fəzilətləri var. Məlum 
olur ki, insan qiyaməti yada salmağa daim ehtiyaclıdır. Qiyamətlə bağlı düşüncələr insanı 
dünya əsarətindən qurtarır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin