215
◘Əskik satmaq maddəsi bütün siniflərə tətbiq edilə bilər. Müəllim, fəhlə, yazıçı,
satıcı, mühəndis, həkim və digər peşə sahibləri bu günahdan amanda deyil. Onların
istənilən birinin öz vəzifəsinə səhlənkar yanaşması əskik satmaq sayılır.
◘Əskik satan şəxs özünü böyük sayır, insanları sevmir, ruzinin Allahın
əlində
olduğuna inanmır, cəmiyyətə maddi baxımdan sitəm qılır.
◘Əskik satmaq kəbirə günahlardandır. Çünki bu günah müqabilində əzab vəd
edilmişdir. Əskik ölçü imkanları əskik çəkmək imkanlarından daha böyükdür. Ayələrdən
birində ölçü,
ikincisində isə əvvəlcə ölçü, sonra çəki məsələsinə toxunulur.
◘Rəvayətdə oxuyuruq ki, insanlar əskik satmaq günahına
düçar olduqda yer öz
məhsulunu geri götürər, insanlar qıtlıqla üzləşər.
1
◘İnzibatilik və maddi məsuliyyət peyğəmbərlərin islahatlarında
ilkin
müddəalardandır. Həzrət Şüeyb öz qövmünə buyurur ki,
ölçünü tam verin, əskik
satanlardan olmayın, tərəzini düz çəkin insanların malını kəsməyin,
yer üzündə fəsadla
dolanmayın.
2
Bildirişlər
1. Təhlükəni xəbərdarlıqlarla elan edin.
2. Əskik satmaq yolu ilə əldə olunan haram mal insanı süquta uğradır.
3. Alışla satış arasında fərq qoymaq əskik satmaqdır. İnsan özünə qıymadığını
başqasına qıymamalıdır.
4. Hətta qeyri-müsəlmanlara əskik satmaq olmaz.
5. Günahdan da pisi günahla ünsiyyətdə olmaqdır. Belə ki, əskik satmaq insanın
peşəsinə çevrilir.
6. İqtisadi fəsadların qarşısını almaq üçün qəlblərdə məad düşüncəsini oyatmaq
lazımdır.
7. Hətta ehtimal səviyyəsində məad etiqadı insanı günahdan çəkindirir.
8. Qiyamət hadisələri əzəmətli və dəhşətlidir.
9. İnsan əskik satdığına və xalqın haqqını qəsb etdiyinə görə cavab verəcək.
10. Günahkarların cəzalandırılması Allahın rübubiyyət şənindəndir.
Dostları ilə paylaş: