216
◘”Siccin” “sicn” sözündəndir. Bu söz əbədi və ağrılı zindan mənasını bildirir.
◘”Mərqum” sözü “rəqəm” sözündəndir. Bu söz düzgün, müəyyən xətt mənasını
ifadə edir. Belə bir yazı başqalarından seçilir. Yəni günahkarların taleyi tam aydın və
müəyyəndir. Onlar əbədi zindana məhkumdurlar.
◘Qiyamətlə bağlı ayələrdə “din” sözü cəza mənasını bildirir. “Həmd” surəsində
“maliki yəvmid din” ifadəsi “cəza gününün maliki” mənasında işlədilmişdir.
◘”Əsim” sözü “ism” (“sa” hərifi ilə) sözündən olub günahda həddi aşmış insan
mənasında işlədilir.
◘”Təkzib edənlərə vay olsun” cümləsi iki cür şərh oluna bilər:
a) Vay olsun əskik satana, onun taleyi qiyamətin təkzibi ilə sonuclanar;
b) Vay olsun qiyamətdə əskik satanların əzabına inanmayanlara.
◘Olsun ki “mukəzzibin” dedikdə qəlb və dil yox, əməldə təkzib nəzərdə
tutulmuşdur. Yəni əskik satmaq, xalqın haqqına riayət etməmək qiyaməti əməl təkzib
etməkdir. Necə ki vəs-vəsəyə düçar olmuş insan şəriətin pak bildiyini əməldə murdar
sayır. Bu qəbil insanlar qəlb və ya dildə təkzibə yol vermirlər.
◘”Əsatir” “əsturə” sözünün cəm formasıdır. Bu söz əfsanə mənasını bildirir.
Əfsanədə mövzular gözəl və qəlbə yatımlı şəkildə bəyan olunur. Amma həmin əhvalatlar
həqiqət yox, təxəyyül məhsulu olur. Kafirlər və müşriklər iddia edirdilər ki, Peyğəmbər
(s) keçmişlərin əfsanəsini təkrarlayır.
◘”Tarixi-aşura” kitabında oxuyuruq ki, imam Hüseyn (ə) bir neçə dəfə Yezid
qoşununa öyüd-nəsihət verdi. İmam qoşuna məzəmmətlə buyururdu: “Məgər mən
Peyğəmbər (s) qızı Fatimənin (s.ə.) övladı deyiləm? Yoxsa halalı haram, haramı halal
etmişəm? Məgər siz minlərlə məktub yazıb məni dəvət etməmisinizmi?” İmam sonda
buyurur: “Sizin qarınlarınız haramla dolub, artıq haqq söz ruhunuza təsir etmir.” Bu gün
dünyanın heç bir elmi mərkəzində haram tikənin insan tərbiyəsinə və ruhuna mənfi
təsirindən danışılmır. Bütün şərq və qərb dünyası qidalanmanın tərbiyə-təsirindən
qəflətdədir.
Dostları ilə paylaş: