226
“Həqiqətən, imanlı kişiləri və qadınları incidib tövbə etməyənlər üçün
cəhənnəm əzabı, yandırıcı əzab kimi əzab var. Həqiqətən, iman və saleh əməl sahibi
olanlar üçün altından çaylar axan behişt bağları var. Budur böyük qurtuluş!”
Nöqtələr
◘”Fitnə” dedikdə qızılı oda daxil etmək mənası anlaşılır. Adi danışıqda bu söz əzab,
işgəncə, ağır sınaq mənalarında işlədilir. Hazırkı ayədə isə bu söz əzab-əziyyət
mənasında işlədilmişdir.
1
Başqa ayələrdə də oxşar məzmunla rastlaşırıq.
2
◘Tarixin acı və ağır hadisələrində mömin qadınlar və kişilər çiyin-çiyinə olmuşlar.
İnqilabi hərəkatlarda qadınların rolu yaddan çıxarılası deyil. Bu səbəbdən də cinayətkar
zalımlar kişilərlə yanaşı qadınlara işgəncə vermişlər.
Bildirişlər
1. Uxdud əshabı və tarixin bütün zalımları Allahın qəzəbinə gələsidir.
2. İmanlı qadınlar kişilərlə yanaşı Allah yolunda işgəncələrə məruz qalmışlar.
3. Məzlumların müdafiəsində kişi və qadın arasında fərq qoyulmamalıdır.
4. Tövbə yolu həmişə açıqdır, bu yolda kimsə üçün çıxılmaz vəziyyət yoxdur. Bu
səbəbdən də Allahın mərhəmətindən ümidsizlik qadağan edilir. Bəli, Allah hətta
möminləri oda çəkən zalımları tövbəyə dəvət edir.
5. Allah uzun çəksə belə tövbələri qəbul edir.
6. Yandırmağın cəzası yandırılmaqdır.
7. Müjdə və xəbərdarlıq yanaşı olmalıdır.
8. Ən üstün ləzzətlərdən biri təbiətin seyridir.
9. İşgəncə verən kafirlər üçün iki əzab nəzərdə tutulur: küfr əzabı və işgəncələrin
əzabı.
10. Dünya ötəridir. Həm zalımların eyş-işrəti ötəridir, həm də möminlərin məruz
qaldığı əziyyətlər. Axirət barədə düşünün. Cəhənnəm əhlinin əzabı, behişt əhlinin
mükafatı daimidir.
Dostları ilə paylaş: