233
mövcudların batinindəki təkvini, fitri hidayət nəzərdə tutulur. Məsələn, bədən quruluşu
ananı süd istehsalına sövq edir. Körpə isə ananın sinəsindən süd əmməyə sövq olunur.
Zaman ötdükcə təkvini hidayət, (fitri yönəlmə) mövzusu daha çox dərk edilir. Bu
gün minlərlə alim öz yuvasından yüzlərlə kilometr uzaqlaşmış quşların geriyə necə
döndüyünü araşdırır. Bəli, ilahi hidayət hər bir varlığı təkamülə yönəldən nemətdir.
Torpaq zərrələri meyvə olur, meyvə nütfəyə çevrilir, nütfədən insan yaranır, insan cismi
yenidən torpağa çevrilir.
◘”Səvva” dedikdə nizama salmaq mənası başa düşülür. Kəhkəşanlardan tutmuş kiçik
həşəratlaradək hər bir varlıq nizama salınır. “Ğusa” dedikdə quru ot, “əhva” dedikdə
getdikcə qaralan yaşıl ot nəzərdə tutulur.
◘Hətta kiçik bir yarpaq və ya ot diqqətdən kənarda deyil. Gözümüz qabağında
saralan ot Allahın hidayət nizamında izlənilir. Həmin qurumuş otlar və yarpaqlar başqa
bir maddəyə çevrilir və torpağa qüvvə verir. Qurumuş ağaclar müəyyən şəraitlərdə daş
kömürə çevrilir.
Dostları ilə paylaş: