Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə24/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   20   21   22   23   24   25   26   27   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Azğın insanlara müraciət edib, onları tövbəyə, doğru yola qayıdışa çağırırn. 
2. İlahi övliyalara doğru çağırış təkamül səbəbidir. 
3. Övliyaların günahkarlara duası qəbuldur.
4. Peyğəmbərə (s) təvəssül etmək olar. 
5. Faydalı təklifdən boyun qaçırmaq təkəbbür göstəricisidir. 
6. Haqlı dəvəti qəbul etməyən kəs haqqında Peyğəmbərin (s) də duası təsirsizdir. 
7. Təkəbbür insanı sonsuz ilahi mərhəmətdən məhrum edir. 
8. Həm doğru, həm də azğın yola yönəldən Allahdır. Amma Allah günah ardınca 
gedənləri azdırır. 
Ayə 7: 
 َخ ِ ِلِلّ َو ْاوُّضَفنَی ى تَح ِ لِلّٱ ِلوُسَر َدنِع ْنَم ىَلَع ْاوُقِفنُت َلً َنوُلوُقَی َنیِذ لٱ ُمُه﴿
 ُنِئآ َز
﴾ َنوُهَقْفَی َلً َنیِقِفاَنُمْلٱ نِكَل َو ِض ْرَ ْلْٱ َو ِتا َواَم سلٱ
 
“Onlar həmin kəslərdir ki, “peyğəmbərin ətrafında olanlara infaq etməyin, qoy 
dağılışsınlar” deyirlər. Hansı ki göylərin və yerin xəzinələri Allaha məxsusdur, 
amma münafiqlər anlamır.” 
 
Nöqtələr 
 


30 
◘”Xəzain” sözü “xəzinə” sözünün cəm formasıdır. 
◘İqtisadi blokada, möminləri sıxıntıya salmaq düşmənlərin həmişəki qaydasıdır. 
Necə ki, münafiqlər Peyğəmbərə (s) yaxın insanlara yardıma qadağa qoyurdular. Vaxtı 
ilə Müaviyə də göstəriş vermişdir ki, Əlinin (ə) yaxınlarına beytül-mal verilməsin.
1
Bir 
gün Kərbəlada imamın yaxınlarına su verilmədiyi kimi bu gün dünyanın super gücləri 
azadlığa can atan ölkələri iqtisadi mühasirəyə alırlar. 
Bildirişlər 
 
1. Düşmənin məktəb və rəhbərə qarşı tədbirlərindən biri onlara bağlı olanları 
dağıtmaqdır. 
2. Maddiyatçılar elə düşünür ki, insanlar dünyaya xatir Peyğəmbərinin (s) toplaşır. 
Ona görə də, iqtisadi mühasirənin təsirli olacağını düşünürlər. 
3. Möminlər sıxıntıya düşdükləri vaxt münafiq və müxaliflərin yardımına göz 
dikməməlidirlər. Onlar Allaha təvəkkül etməli və xəzinə sahibindən yardım 
gözləməlidirlər. 
4. Möminlərə ümid verin və düşmənlərin fitnəkar sözlərini cavablandırın. 
5. Münafiqlərin baxışları zahiri hesabatlara əsaslanır və səthidir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin