Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə242/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   238   239   240   241   242   243   244   245   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Behişt çeşmələrinin əzəmətini dərk etmək olmaz. 
2. Behişt əhlinin yeri ucadadır və onlar yerdə oturmazlar. 
Ayə 17, 18, 19, 20: 
 ِلاَب ِجْلا ىَلِإ َو﴿﴾ ْتَعِفُر َفْیَك ِءآَم سلا ىَلِإ َو﴿﴾ ْتَقِلُخ َفْیَك ِلِبِ ْلْا ىَلِإ َنوُرُظنَی َلاَفَأ﴿
َفْیَك 
﴾ ْتَح ِطُس َفْیَك ِض ْرَ ْلْا ىَلِإ َو﴿﴾ ْتَب ِصُن
 
17. “Dəvəni görmürlərmi ki, necə yaradılıb?” 18. “Səma necə ucaldılıb?” 19. 
Dağ necə dayandırılıb?” 20. Yer necə genişləndirilib?” 
 
Nöqtələr 
 
◘Əgər insanda təfəkkür ruhiyyəsi olsa bütün varlıq aləmi bir dərs otağıdır. Səhradakı 
çoban sanki dünyanın ən böyük kitabxanasındadır. Yer onun ayağının altında, səma 
başının üzərindədir. Ətrafında dağlar, çaylar, müxtəlif canlılar, misal çəkilən dəvələr var. 
Əgər ətrafdakıları diqqətlə seyr etsə, bir çox sirləri anlayar. Məsələn, dəvə atdan iti qaçır, 
ulaqdan çox yük götürür, onun ətindən və südündən istifadə olunur. Heyvanların 
hərəsinin istifadə yönümü var. Amma dəvə bütün baxımlardan istifadəyə yararlıdır. Onun 
göz qapaqları səhra küləklərinə və tozuna davamlıdır. Öz təpəciklərində topladığı yağla 
uzun müddət qidalanır. Bədənində su ehtiyatı saxlayır. Yolu tanıyır. Dəvə elə ram olur ki, 
yüz dəvəni bir karvan apara bilir. Onun bədən quruluşu səhra üçün çox münasibdir. 
Ərəblərin dilincə desək, dəvə səhra gəmisidir. O çox güclü, az xərcli, faydalı, aram və 
dözümlü heyvandır. 
◘Səmaların, dağların və yerin yaranışı təsadüfi deyil. Bütün bunlar hikmət əsasında 
yaradılmışdır. 
◘Hər nemətin üstün bir cəhəti var. Göy uca, yer geniş, dağlar möhkəmdir. 
◘Göy qatları, səma cisimləri, planetlərin orbitləri, onların nizamlı hərəkəti 
düşündürücüdür. Bəşəriyyət varlıq aləmi ilə bağlı gündə bir sirr kəşf edir. 
Dağların kökü yerin təkindədir. Onlar yerə mıx kimi salınmışlar. Dağlar yeri 
müxtəlif titrəyişlərdə qoruyur. Onlarda ehtiyat qar toplanır və tədricən suya çevrilir. 
Dağlar küləklərin qarşısını alır, havanı təmizləyir. Dağlardan bir sıra dəyərli yataqlar 
tapılır. Dağlardan əqiq və mərmər kimi qiymətli daşlar çıxarılır. Bir sözlə, hazırkı 
ayələrdə dünya insana tanıtdırılır, əkinçilik və heyvandarlıqdan, kosmosdan danışılır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin