Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə243/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   239   240   241   242   243   244   245   246   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 


241 
 
1. Varlıq aləminin sirlərini öyrənməyə cəhd etməyənlər məzəmmət olunur. 
2. Hiss etdiklərinizi ötüb keçin ki, dərk ediləsi məfhumlara çatasınız. 
3. Məada, behişt əhli üçün nəzərdə tutulmuş nemətlərə şəkk etməyin. Məgər Allahın 
yaratdıqlarını görmürsünüz?! 
4. Yaranmışlar Allahın varlığına dəlil olduğu kimi, yaranmışların nəfisliyi və 
mürəkkəbliyi də Onun qüdrət, elm və hikmətinə dəlildir. 
Ayə 21, 22, 23, 24, 25, 26: 
 ُ اللّ ُهُبِ ذَعُیَف﴿﴾َرَفَك َو ى ل َوَت نَم لًِإ﴿﴾ ٍرِطْیَصُمِب مِهْیَلَع َتْس ل﴿﴾ٌرِ كَذُم َتنَأ اَم نِإ ْرِ كَذَف﴿
 
 ِإ﴿﴾َرَبْكَ ْلْا َباَذَعْلا
﴾ْمُهَباَس ِح اَنْیَلَع نِإ مُث﴿﴾ْمُهَباَیِإ اَنْیَلِإ ن
 
21. “Nəsihət ver, həqiqətən, sən nəsihət verənsən”; 22. “Sən onlara hakim 
deyilsən (ki iman gətirməyə məcbur edəsən)”; 23. “Amma üz çevirib küfrə 
uğrayanı”; 24. “Allah ən böyük əzabla cəzalandırar”; 25. “Həqiqətən, onların 
qayıdışı bizə doğrudur”; 26. “Onlarla hesab çəkmək bizim öhdəmizədir.” 
 
Nöqtələr 
 
◘Öyüd-nəsihət verməkdə məqsəd xəbərdarlığı başa çatdırmaq, höccəti 
tamamlamaqdır. Belə ki, kafirlər qiyamət günü “nə üçün bizə xəbərdarlıq göndərmədin” 
deyə bilməsinlər. Əlbəttə yalnız düşüncə sahibləri bu nəsihətlərdən öyüd götürür.
1
◘Ötən surədə Allah-taala öz Peyğəmbərinə (s) xatırlatdı ki, qəlbində qorxu olanlar 
sənin nəsihətlərini eşidəcək, qəlbidaşlar bu öyüdlərə arxa çevirəcək. Bəyan olundu ki
ilahi xəbərdarlığa arxa çevirənlər ağır əzaba düçar ediləcək. 
Hazırkı surədə bildirilir ki, verilən öyüdlərdən üz çevirənlər olacaq. Belələrini böyük 
əzab gözləyir. İstər öncəki surədəki böyük od, istər “Əla” surəsindəki böyük əzab vədi 
xəbərdarlıqlardan nəticə çıxarmayanlara aiddir.
◘”Musəytir” sözü “sətir” və “seytərə” sözündəndir. Bu söz tabeçiliyində olanı bəndə 
çəkən şəxs mənasını bildirir. Onlar öz tabeçiliyindəkiləri istədikləri yola sövq edirlər.
◘İmam Sadiq (ə) buyurur: “Hər bir ümmətin hesabı həmin dövrün imamının 
öhdəsinədir. İmamlar öz dostlarını və düşmənlərini simalarından tanıyar.” Sonra imam 
“Əraf” surəsinin 46-cı ayəsini yada salır.
2
◘”Cameə” ziyarətində məsumlara xitabən oxuyuruq: “Haqq sizə üz tutub, onların 
hesab sizin öhdənizədir. Uyğun məna imam Kazim (ə) və imam Baqir (ə) və imam 
Hadidən (ə) də nəql olunmuşdur.
3
◘23-cü ayə 21-ci ayədəki bildiriş üçün istisnadır. Yəni Peyğəmbərin (s) 
xəbərdarlıqlarının kafirlərə təsiri yoxdur. 
◘İmam Baqir (ə) buyurur: “Böyük əzab dedikdə şiddətli və əbədi əzab nəzərdə 
tutulur.”
4
Bildirişlər 
1
“Taha”, 134; “Rəd”, 19 
2
“Bihar”, c. 8, s. 339 
3
“Təfsirul-mizan” 
4
“Təfsiri-nurus-səqəleyn” 


242 
 
1. Peyğəmbər nəticəyə yox, vəzifəsini yerinə yetirməyə məsuldur. 
2. Peyğəmbərlərin vəzifəsi əqidəni məcbur qəbul etdirmək yox, öyüd-nəsihətdir. 
3. Xalqın etinasızlığı vəzifəni öhdədən götürmür. 
4. İnadkarlıq, haqqdan uzaqlıq küfr səbəbidir. 
5. Allahın qəhr-qəzəbinin dərəcələri var. 
6. Kimsə Allahın qəhr-qəzəbindən qaça bilməz. 
7. İnsanlarla hesab aparılması Allahın özünə vacib etdiyi sünnələrdəndir. 


243 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin