244
◘Rəvayətlərdə “şəf” sözünün cüt “vətr” sözünün tək mənasını ifadə etdiyi bildirilir.
Bununla bağlı bir çox nümunələr göstərilir. Məsələn, bildirilir ki, vətr ərəfə gününə, şəf
qurban gününə işarədir. Bəzən şəf sözünün Səfa və Mərvə dağlarına,
vətr sözünün
Kəbəyə işarə olduğu bildirilir. Bəzilərinin nəzərincə, vətr yeganə Allah, şəf yaranmışlar
mənasını ifadə edir. Bu iki sözün şəf və vətr kimi müstəhəb
namazlara işarə olduğunu
bildirənlər də var. Bəziləri də qeyd edirlər ki, şəf dedikdə zil hiccənin 9 və 10-cu günləri,
vətr dedikdə məşər gecəsi nəzərdə tutulur.
1
◘Zaman xeyli dəyərli, bəlkə də müqəddəsdir. Onu boş yerə sərf etməyək.
Allah
sübhə, günorta çağına, gündüzə, axşamçağına and içir.”
2
Maraqlıdır ki, səhərə üç yerdə and içilir.
3
◘”Vələyalin əşr” ayəsində ya ramazan ayının son 10 gecəsi, ya da zil hiccə ayının
başlanğıc 10 gecəsi nəzərdə tutulur. Ramazanın birinci 10 günlüyünə qədr gecələri, zil-
hiccənin birinci 10 günlüyünə ərəfə günü və qurban bayramı günü daxildir.
Dostları ilə paylaş: