deyir: “Rəbbim məni əziz etdi.”; 16. “Amma onu sınağa çəkib ruzisini azaltdıqda deyər: “Rəbbim məni xar etdi.”; 17. “Belə deyil! Əslində siz yetimi əziz tutmursunuz”; 18. “Bir-birinizi yoxsullara təam verməyə rəğbətləndirmirsiniz”; 19. “Mirası (haqlı-haqsız) bütöv yeyirsiniz”; 20. Var-dövləti çox sevirsiniz.” Nöqtələr ◘Əzizliyi Allahın lütfü saymaq yaxşıdır. Amma insan hörmət-izzəti öz ləyaqəti
bilərsə bu pisdir. Bu ayədə “ikram” sözü iki dəfə işlədilmişdir: birinci dəfə insan öz
izzətini Allahdan bilir, ikinci dəfə onu öz ləyaqəti sayır. Quranda insanın izzəti Allaha,
onun alçalması özünə aid edilir.
◘”Əklən ləmm” dedikdə bir şeyi halal-haramlığına baxmadan yemək mənası
anlaşılır. Bəzən insan yediyində başqasının payı olub-olmadığını düşünmür.
◘Allahın Rəsulu (s) buyurur: “Mən və yetimi himayəyə götürən kəs behiştdə bir
yerdəyik.”
1
◘Allahın qəti sünnə və proqramlarından biri Onun insanları sınağa çəkməsidir.
Əlbəttə ki, Allah insanı tanıyır və sınaqlar tanışlıq üçün deyil. Sadəcə insanların xislətləri
üzə çıxarılır ki, o dəlillər əsasında mükafatlandırılsın və ya cəzalandırılsın. Allah müxtəlif
yollarla sınağa çəkir. İnsan bəzən var-dövlət, bəzən yoxsulluqla sınanır. Tələskən insan
sınağın sonunu gözləməyib yersiz mühakimələr yürüdür, Allahdan gileylənir.
Bildirişlər 1. İlahi sınaqlar Allahın insanı daim izlədiyini göstərir.
2. Sınaq tərbiyə və təkamül vasitəsidir.
3. İnsanın qazancları onun haqqı yox, Allahın lütfüdür. Belə ki, əldə etdiyimiz
nemətlər bizi qürrələndirməsin.
4. Yoxsulluq həqarət, var-dövlət kəramət nişanəsi deyil. Həm yoxsulluq, həm də var-
dövlət bir sınaqdır.
5. Yetimin cismindən də mühümü onun ruhudur. Yetimi əzizləmək lazımdır.
6. Mənəvi ehtiyacları ehtiram və məhəbbətlə ödəyin. (Yetimlərin ilk ehtiyacı onların
şəxsiyyətinə ehtiram göstərilməsidir.)
7. Allahın işləri ilə bağlı tələsik mühakimə yürütməyək. Ruzi çətinliyini Allahın
etinasızlığı saymayaq. Bu çətinliklər insanın öz əməllərinin nəticəsidir.
8. İnsanın ətrafdakılara ehsanı mühüm əhəmiyyətə malikdir.
9. Yoxsullar ac qalmamalıdır. İnsan ya özü onlara infaq etməli, ya da imkanlıları
həvəsləndirməlidir.
10. Əlinizə gələnlərə diqqətli olun. Bəzən halala haram qatılır.
11. Var-dövlətə bağlılıq təbii bir bağlılıqdır. Məzəmmət olunan isə var-dövlətə əsir
olub axirəti unutmaqdır.
1
“Təfsiri-nurus-səqəleyn”
247
12. Allahın sizə ehtiramı sizin yetimlərə ehtiramınıza səbəb olmalıdır.